Məsələn, məşhur erməni rejissor Hovanes İşxanyan ölkəsində generalların çıxdaş edilməsi fonunda cinsi azlıq nümayəndələrinin orduya cəlb edilməsini sərt şəkildə tənqid edib.
“Məlumatlı vətəndaşlar birliyi” ictimai təşkilatının koordinatoru, İctimai Şuranın üzvü Daniel İoannisyan 2020 -ci ildə Ermənistan ordusuna qoşulub və hələ də xidmət edir. Elə həmin ildə "Qafan əməliyyatının" rəhbəri, Zəngəzuru bombardmandan xilas edən və vətəni müdafiə etmək üçün Belarusdan Ermənistana qayıtmış General Yuri Xaçaturovun orduda xidməti qadağan edildi. O, həm də Ermənistanın keçmiş Baş Qərargah rəisi, KTMT-nin keçmiş baş katibi idi. Və beləcə siz Ermənistanın məhv olmamasını istəyirsiniz? İndi Ermənistan KTMT-dən çıxır və ordunu agentlərdən də qorumur", - İşxanyan gileylənib.
Qeyd edək ki, SOROS-un İrəvanda əsas tərəfdarlarından sayılan İonnisyan açıq-saçıq fotoları ilə də gündəmə gəlmişdi.

AzVision.az
