backend

Mingəçevir Teatrında 12 “ölü can“: – “İradımı direktora bildirmişəm“

Adı tez-tez qalmaqallda hallanan Mingəçevir Dövlət Dram Teatrında sular yenidən bulanıb.
Teatrın baş rejissor Vüsal Mehrəliyevlə teatrın direktoru Anar Quliyev arasında gərginlik yaranıb. Bu barədə jurnalist İntiqam Valehoğlu öz facebook səhifəsində paylaşım edib.Belə ki, baş rejissor direktora ştatda 10-12 nəfər “ölü can” olduğunu bildirib və onların ştatdan çıxarıb yerinə peşəkar aktyorların dəvət olunmasını tələb edib. Anar Quliyev isə baş rejissora Mədəniyyət naziri Anar Kərimovun və nazirliyin rəhbər heyətnin bundan xəbərdar olduğunu və şəxsən nazir Anar Kərimovun icazə verdiyini bildirib.

Turantv.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru, Prezident mükafatçısı Vüsal Mehrəliyev bu məlumatın şişirdildiyini bildirib: “Teatrda ştat problemini bütün mətbuat bilir və aktyor ştatı təmizlənməldir. Bununla bağlı iradımı direktora bildirmişəm. Və teatrın direktoru ilə heç bir problemim yoxdu. Sadəcə, ştatın yenilənməsini və yeni aktyorların dəvət olmasını tələb etmişəm. Direktorla aramda olan söhbətin mətbuata ötürülməsindən xəbərim yoxdur”