backend

Tovuzda təhsil adına rəzalət.Dərs saatları pulla satılır-İttiham

Turantv.az-a verilən məlumata görə Tovuz rayonu, M.Musayev adına Əlimərdanlı kənd orta məktəbində dərs yüklərinin bölünməsində qanunsuzluğa yol verilir.
Belə ki, məktəbdə 30 ildən çox iş stajına malik,məktəbdə diaqnostik qiymətləndirmə zamanı ixtisas üzrə hamıdan çox bal toplayan müəllimlə ən az bal toplayan müəllimə heç bir fərq qoyulmur.Onda sual olunur,əgər fərq qoyulmayacaqsa onda bu diaqnostik qiymətləndirmə şousu nə üçündür?
Məktəbin riyaziyyat müəllimi Səadət Xurşudova Tovuz təhsilindəki qanunsuzluğa bağlı qeyd edir ki, diaqnostik qiymətləndirmədə müəllimlər arasında ixtisas üzrə ən çox 27 bal o toplayıb. Dərslər bölünüb, bir sinif isə ortada qalıb.Qanunvericiliyə görə həmin sinif diaqnostik qiymətləndirmədə ən çox bal toplayan müəllimə verilməlidir.
Verilən məlumata görə Məktəbə təzə təyin olunan direktor Cavid müəllim deyib ki,mən də bilirəm,qanunla bu dərs Səadət Xurşudovaaya verilməlidir. Amma mənə təzyiq edirlər ki, dərsi çox az bal toplamış o birisi müəllimə ver. Mən direktor kimi dərsi Səadət Xurşudovaya yazmışdım. Amma inspektor Elmira xanım mənə deyir ki, Sən kimə yazırsan yaz. Mən dərs yükünü öz adamıma, yəni az bal toplamış həmin müəllimə verəcəm və lazımi orqanlara da özüm cavab verəcəm.Ona görə də çıxılmaz vəziyyətdə qalmışam, direktor kimi mən dərs yükünü ağ vərəqdə aparıb təhsil idarəsinə verəcəm. Qoy onlar özləri kimə istəyir yazsın. Təhsil idarəsindən inspektor Elmira xanım, metodist Sona xanım və digərləri mənə təzyiq edir ki, həmin sinfi az bal toplamış başqa bir müəllimə Dilarə Muradovaya ver. Dilarə Muradova isə həm az bal toplayıb,həm də digər tərəfdən metodist Sona xanımla ailəvi kirvədirlər. Həmçinin Dilarə xanımın qardaşı və əri Tovuzda vergi idarəsində işləyir.
Metodist Sona xanım məktəbə gələrək direktora yazdığı dərs yükünü pozduraraq Dilarə Muradovaya yazdırmışdır.
Həm Səadət Xurşudovaya, həm də Dilarə Muradovaya 15 saat dərs yükü verilmişdir. Səadət Xurşudova portal.edu.az saytı vasitəsilə Təhsil Nazirliyinə müraciət etsə də Nazirlik regional idarə tərəfindən verilmiş şablon cavabı ona göndərir.
Səadət Xurşudova isə nazirliyə ünvanlanmış müraciətində bildirmişdir ki, mən ixtisaslı mütəxəssislərin qarşısında həmin müəllimlə bərabər dərs keçib,savadımı və bütün pedaqoji qabiliyyətimi də göstərməyə istənilən an hazıram. Sinifdə oxuyan şagirdlər də müəllimlərinin Səadət Xurşudova olmasını tələb edirlər.
Cənab Nazir, Sizdən xahiş edirəm ki, bu özbaşınalıq haqqında lazımi tədbir görəsiniz. Lakin nazirlik susur.
Turantv.az saytı olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.