backend

Putin Zaporojyedə baş verənləri nüvə terroru adlandırıb

Kiyev rejiminin Zaporojye AES-ə hücumları nüvə terror aktıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi iclası açarkən deyib.
“Bunlar atom terror aktlarıdır, mən Zaporojye AES-ə raket və artilleriya zərbələrini nəzərdə tuturam”, - deyə dövlət başçısı Kiyevdə istifadə olunan terror üsullarını sadalayıb.
Rusiyanın dövlət başçısı Ukraynanı həmçinin “Türk axını” qaz kəmərinin bir hissəsinin zədələnməsinə cəhddə ittiham edib.
“Ölkəmizdə elektrik enerjisi obyektlərinə və qaz nəqli infrastrukturuna qarşı bir sıra terror aktları və analoji cinayətlərə cəhdlər, o cümlədən “Türk axını”nın qaz nəqli sisteminin bölmələrindən birinə xələl gətirmək cəhdləri törədilib. Bütün bunlar obyektiv məlumatlar, o cümlədən bu terror aktlarını törədənlərin özlərinin ifadələri ilə sübut olunur”, - bunu Putin bu gün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında deyib.
Rusiyaya “Şimal axını”ndakı təxribatı araşdırmağa icazə verilmir, lakin benefisiar artıq məlumdur, Putin deyib.
“Bildiyiniz kimi, Rusiya nümayəndələrinə Baltik dənizinin dibindən keçən beynəlxalq qaz ötürücü sistemlərinin partlamalarının və dağılmasının səbəblərini araşdırmaq icazəsi verilmir, lakin biz hamımız bu cinayətin son faydasını bilirik”, - Putin bildirib.
Qeyd edək ki, şənbə günü səhər saatlarında Krımski körpüsündə yük maşını partladılıb, nəticədə yaxınlıqdan keçən yük qatarının çənləri alışıb. 3 nəfər ölüb, körpünün avtomobil hissəsinin iki hissəsi uçub, mövcud məlumatlara görə Krımdan Krasnodar diyarına gedən hissə zədələnməyib. Körpüdə bütün hərəkət dayandırılıb, lakin saat 16:00-dan sonra avtobus və avtomobillərin hərəkəti başlayıb. Həmçinin, bir sınaq qatarı körpünün dəmir yolundan keçib.
Bundan sonra Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçimək qərarına gəlib.