Son dəqiqə
» » Cinsi qısnamaya məruz qalmış 11 yaşlı şagird barədə məktəbdən AÇIQLAMA - VİDEO

Cinsi qısnamaya məruz qalmış 11 yaşlı şagird barədə məktəbdən AÇIQLAMA - VİDEO

29.10.2022, 15:59 492 1 dəq oxunur
Paytaxtın Nərimanov rayonunda yerləşən 212 saylı orta məktəbdən hadisə ilə bağlı məlumat verilib.
Məktəbdən BAKU.WS-ə verilən məlumata görə, 27 oktyabr saat 18:40 radələrində 30-35 yaşlı bir şəxs valideyn olduğunu deyərək məktəbə daxil olub.
Həmin vaxt valideynini gözləyən V sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) qarşı qeyri-etik hərəkətlər edib.
Məsələ ilə bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır.