backend

Fazil Məmmədovun dəfnində hönkürtü ilə ağlayan şəxs diqqət çəkdi – Görün kimdir (VİDEO)

Xəbər verdiyimiz kimi, Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dəfn edilib. Mərasimdə sabiq nazirin ailə  üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

32gun.az-ın məlunatına görə,  sabiq nazirin müşaviri olmuş İlqar Əhmədov da dəfn mərasimindı iştirak edib.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsində çalışan İ.Əhmədovun hönkürtü ilə ağlaması diqqətimizdən yayınmayıb.

 Dəfn mərasimindən görüntüləri təqdim edirik:

Qeyd edək ki, F.Məmmədov noyabrın 3-də Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.