backend

Göyçayda məmur vətəndaşa QARŞI... - "Bu Şakir Əhmədov mənim xahişimi nəzərə almır"

Göyçay Şəhər sakini İbrahim Göyçaylı küçəsi 4/7 ünvanında yaşayan Həşimov Əliyar Məmməd oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bu şikayət ərizəmlə yazıb sizdən xahiş edirəm, göstərdiyim cinayət faktları obyektiv araşdırlıb, qanuna müvafiq tədbirlər görülməsinə tapşırıq verəsiniz. Mən Həşimov Əliyar Məmməd oğlu dəfələrlə Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədova, yaşadığım həyətyanı sahədən keçən arxla bağlı müraciət edib bildirmişəm ki, su arxının təxminən 100 (yüz metr) məsafəsinə beton vurulsa, arxın su hövzəsi daşmaz və mənim yaşadığım evin altına su dolub, evimi qəzalı vəziyyətə düşməsinə gətirib çıxartmaz. Lakin, dəfələrlə Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun işçiləri və Lətif adlı mühəndisi evimə gəlib baxaraq, heç bir iş görməyiblər. Su bərəsi betonlanmadığı üçün daşıb evimin altına su dolduğu üçün evim qəzalı vəziyyətə düşüb ki, hər an uça bilər.Buna görə həyat və sağlamlığımız ciddi təhlükə altındadır.Mən üzləşdiyim bu problemin h\ll edilməsi üçün aidiyyatı orqanlara çoxlu sayda ərizələrlə müraciətlər etmişəm ancaq heç bir tədbir görülməyib.

Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun korrupsiya əməlləri barədə mətbuatda tez-tez yazılar dərc olunur, faktlar göstərilir ancaq adam barədə heç bir tədbir görülmür.

Xahiş edirəm, mənim evimin yanından keçən arxın 100 (yüz) metr hissəsinin betonlanmasını Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyətinin sədri, cənab Zaur Mikayılova tapşırıq verəsiniz. Çünki, bu Şakir Əhmədov mənim xahişimi nəzərə almır.

Mənim oğlum Orxan Vətən müharibəsində qazi olub. O, Suqovuşan, Ağdərə, Qubadlı uğrunda gdən döyüşlərdə iştirak edib.Kəşfiyyatçı olub, Ağdərə istiqamətində gedən döyüşlərdə ayağından yaralanıb, kontuziya komaya düşüb 3 gündən sonra ayılıb.
Mənim kimi vətəndaşların problemləri birincilər sırasında həll olunmalıdır. Lakin Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədov, özü bilərəkdən məni sizdən narazı salır, əks halda, mənim problemimi dərhal həll edərdi. Artıq mənim xahişimdən uzun müddət vaxt keçib, lakin yenə bir nəticə yoxdur. Cənab Prezident, sizdən xahiş edirəm, göstərdiyim cinayət faktları obyektiv araşdırılıb, qanuna müvafiq tədbirlər görülməsinə və Şakir Əhmədovun məsüliyyətə cəlb edilməsinə tapşırıq verəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...