backend

12 saylı Cəzaçəkmə Müəssisəsi sap, pambıq alır, yoxsa “pambıqla baş kəsir..”

Azərbaycan Respublikas Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsi noyabr ayının 14-də yumşaq inventarların satınalınması üzrə keçirdiyi kotirovka sorğusunda “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib. Kotirovka sorğusunun şərtlərinə görə MMC dövlət müəssisəsinə 33 405.4 manat dəyərində parça, sap, ipək sap, pambıq kimi materiallar alacaq.

İlk baxışdan adi bir satınalma proseduru olduğu görsənir. Amma araşdırdıqda məlum olur ki, cəzaçəkmə müəssisəsi pambıq, sap almır, pambıqla baş kəsmək istəyir, ipək sapla cəmiyyətin başına corab toxumağa çalışır. Sanki onların bu qaranlıq əməllərini heç görmürmüş kimi. Buradan ortaya bir çox qaranlıq məsələlər çıxır. Birinci qaranlıq məsələ 12 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən kotirovka sorğusunun təşkilində görsənir. Belə ki, müəssisənin Tender Komissiyası yumşaq inventarların satınalınması üzrə dövlət satınalmalarının vahid internet portalına heç bir elan yerləşdirməyib. Əgər iddiaçılara dəvət elanı verilməyibsə sözügedən kotirovka sorğusu necə keçirilib? Yaxud da “NUR GENERAL SUPPLIER” MMC Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsinin yumşaq inventarların satınalınması ilə bağlı kotirovka sorğusunun keçirdiyini haradan bilib? Deməli burada gizli bir sövdələşmə olub. Bu haradan görsənir? Dövlət Vergi Xidmətinin məlumatlarından.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.10.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, HÖVSAN ŞTQ, MUĞAN, ev 7, GİRİŞ 72, MƏRTƏBƏ 1, m. 4, qanuni təmsilçisi kimi isə Yusifzadə Nərmin Tahir qızı qeyd olunub.
Qeyd edək ki, 12 saylı Cəzaçəkmə Müəssisəsini tərəfindən keçirilən kotirovka sorğusu müsabiqəsinin başlanma tarixi 27.09.2022-ci ilə, zərflərin açılış tarixi isə 14.11.2022-ci il tarixə müəyyən edilib. “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 13.10.2022-ci-ci il tarixində, yəni müsabiqənin başlanılmasından 16 gün sonra dövlət qeydiyyatına alınib.
İndi gəlin görək 12 saylı Cəzaçəkmə Müəssisəsinin Tender Komissiyası yumşaq inventarların satınalınması üzrə elan olunmamış, 27.09.2022-ci il tarixdə başladığı müsabiqədə iddiaçılardan nə kimi kimi sənədlər tələb edir:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri
2. Iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə arayış
Bəs iddiaçı kotirovka sorğusu müsabiqəsinə başlanılması barədə elən verildikdən sonra yaradılıbsa?
3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı
İddiaçı kotirovka sorğusu müsabiqəsinə başlanıldıqdan sonra yaradılıbsa vergi orqanı nə kimi maliyyə hesabatı verə bilər?
4. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması.
Kotirovka sorğusu müsabiqəsinin bağlanılmasından 16 gün sonra yaradılmış bir MMC-yə müvafiq sahədə peşəkarlığının olması, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasına zəmanəti kim verib?
Burada xüsusilə vurğulamaq istərdik ki, 12 saylı Cəzaçəkmə Müəssisəsinin Tender Komissiyası analoji qanun pozuntusuna yumşaq inventarların satınalınması üzrə 23.07.2022-ci il tarixdə “FASENDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı satınalma müqaviləsində də yol verib. Bu kotirovka sorğusunda Tender Komissiyası 05.05 2022-ci il tarixdə MMC-ni qalib elan edib, daha sonra isə tərəflər arasında 99 976.52 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FASENDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.01.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, ZİYA BÜNYADOV, ev 1965, qanuni təmsilçisi kimi isə Kazımov Ülvü Əmrah oğlu qeyd olunub.
Bu müsabiqənin başlama tarixi isə 01.04.2022-ci ilə müəyyən edilib. Göründüyü kimi MMC kotirovka sorğusu müsabiqəsinin başlanılmasından 3 aya yaxın bir vaxtda dövlət qeydiyyatına alınıb. Göründüyü kimi burada da 12 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən keçirilmiş satınalmalarda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, demək olar ki, müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması nəzərə alınmamışdır. Odur ki, burada Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məsul vəzifəli şəxsləri ilə MMC rəhbərliyi arasında gizli bir bağlantı olması şübhəsizdir.
Xüsusilə qeyd etmək istərdik ki, apardığımız araşdırmalar zamanı Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsinin Tender Komissiyası tərəfindən əvvəlki illərdə də keçirilmiş tender və kotirovka sorğularında ciddi qanun pozuntularına yol verildiyi məlum oldu. Belə ki, cəzaçəkmə müəssisəndə satınalmaların təşkili qanunla müəyyən olunmuş qaydalarda həyata keçirilməyib. Zəruri mal-materialların alınması üçüçn keçirilməsi nəzərdə tutulan tender və kotirovka sorğular barədə əvvəcədən e-tender vasitəsi ilə elan verilməmiş, bir sıra kotirovka sorğularının nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasında heç bir məlumat yerləşdirilməyib. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Aktualinfo.org