Təbrizdə yaşayan azərbaycanlı jurnalist Aydın Təbrizi İrandakı etiraz aksiyalarına dəstək verməsi və hadisələri işıqlandırması səbəbindən saxlanılıb.
DİA.AZ Bakupost.az-a istinadən xəbər verir ki, sosial media fəlları son günlər Aydın Təbrizinin ETTELAAT idarəsinə çağrılaraq dindirildiyini bildiriblər. Təhlükəsizlik işçilərinin jurnalistə sosial şəbəkələrdə fəaliyyətini dayandırması üçün təzyiq göstərdiyi qeyd olunur.
Qeyd edək ki, media fəalı bundan öncə də fəaliyyətlərinə görə basqılarla qarşılaşıb və həbsə məruz qalıb.