backend

Lavrovun istefa xəbərlərinə aydınlıq gətirildi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin xarici işlər naziri Sergey Lavrovun istefası barədə yayılna məlumatlara aydınlıq gətirib.

Bu barədə TASS məlumat yayıb.

“Ənənəvi olaraq sizə cavab verəcəyəm, bu cür məlumatlara şayiə kimi yanaşın”, – deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Rusiyanın bəzi “Telegram” kanallarında Lavrovun istefası ilə bağlı məlumatlar paylaşılıb.