backend

Ramella Məmmədova Serbiyadan-zaddan danışır…. – Ramella Məmmədova, ÜMUMİ PEDAQOGİKA KAFEDRASI məktəbi nədir…?

Ramella Məmmədova, özünüzü qapısı olmayan tualetdə necə hiss edərsiniz…?
Bu gün Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovanın əməlləri barədə  xırda bir araşdırma aparan zaman  maraqlı bir faktla rastlaşdım. Belə ki, Ramella Məmmədova Azərbaycan-Serbiya strateji əlaqələrindən danışır, diplomatiya sahəsindən basıb-bağlayır…
Bu məqamda illər öncə Ulu Öndərin müşavirədə bir nazirə dedikləri yadıma düşdü: A kişi, burada siyasi müzakirə aparmırıq ee…konkret işindən danış görək…
Ay Ramella Məmmədova, sənə o boyda vəzifə, Füzuli Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini veriblər. Sənin tabeçiliyində 79 ümumtəhsil məktəb, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir. Sən bu məktəblərdən danış, sən diplomatsan, səfirsən, kimsən axı, Serbiyadan danışırsan…?
Sən tabeçiliyində olan məktəblərdə istiliyin olmamasından, uşaqların qışın günü  tüstüdə barama kimi  boğulmasından  danış…. Dövlət  Füzuli rayon təhsilinə kifayət qədər vəsait ayırır, o pullar hara gedir ki, sinif otaqlarında uşaqlar tüstüdən otura bilmirlər. Uşaqların bu halını görəndə məşhur bir  xalq mahnısı yada düşür. Əzizinəm barama, Qara telin darama… ………………………. İki sevda çəkənlərin cəzası var. Baxın, Ramella Məmmədova bu mahnıdakı axırıncı  söz konkret olaraq sənə aiddir. Sən kimə, hara qulluq edirsən..?
Sən bilirsənmi iki cəbhəyə qulluq edənlərin aqibəti yaxşı bitmir. Dostlarının dediyinə görə, orta məktəbdə oxuyanda “Mənim babam olmuş, Şaumyan” deyirmişsən.. Sən bu halınla Azərbaycan təhsilinə necə qulluq edə bilərsən..?
Onsuz da bütün maskalar gec-tez cırılır, hamının həqiqi kimliyi bəlli olur… Ramella Məmmədova, səni and veririk Şaumyanın Hindistanda məhv olmuş kəlləsinə, düzünü  de görək, sən hansı məktəbi, haranı, hansı fakültəni bitimirsən..?
Sənin ixtisasın nədir..?  Ramella Məmmədova öz tərcümeyi-halında yazırsan ki, Gəncə DövLəT Universitetinin – ÜMUMİ PEDAQOGİKA KAFEDRASI məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimliyi oxumusan. Vallahi, inanan daşa dönsün.. Sən neçənci ildə  Gəncə Dövlət Universitetinə daxil olmusan, neçənci ildə bitirmisən..?
Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin imtahanlarından keçmisənmi…? Ay Ramella Məmmədova…ÜMUMİ  PEDAQOGİKA  KAFEDRASI məktəbi nədir..? Sən deyəsən, erməni-budaq cümləsi yazırsan..?
Ramella Məmmədova, sən  tavanı, döşəməsi dağılmış, tualeti rüsvayçı olan Füzuli məktəblərindən danış, sən Şaumyanın canı… XXI əsrdə  mal tövləsinə bənzəyən məktəbdə necə şagird oxuya bilər. Füzuli sakinləri yazır ki, məktəblərin həyəti  inək, mal-qaranın örüş yerinə çevrilib. Direktorların şəxsi təsərrüfatı, qoyun-quzuları məktəbin həyətində otlayır. Sakinlər yazır ki, məktəb direktorları  məktəbə ayrılan idman avadanlıqlarını  müxtəlif idman zallarına sataraq pulunu   Ramella ilə bölüşürlər. Hətta  məktəbin fizika, kimya, biologiya otaqlarına verilən fizika, kimya, biologiya avadanlıqları da satılaraq mənimsənilir. Ramella Məmmədova, sən bunlardan danışmırsan, uzaq Serbiyadan  danışırsan…
Sən Füzuli məktəblərindəki saxta diplomlu müəllimlərdən danışmırsan… Ramella Məmmədova Füzuli məktəblərindən birinin tualetinin qapısı yoxdur. Sən Şaumyanın canı, özünü orada necə təsəvvür edirsən..? Məktəbin həyəti zibil yığını, mal təzəkləri ilə doludur. Ramella Məmmədova, direktorların hesabına keçirdiyin  təmtəraqlı  ad günündən niyə danışmırsan..?
Müəllimlərin məzuniyyət pulundan hər dəfə 100 manat  tutmağından niyə danışmırsan..?
Bütün bunların sonunda təhsil naziri Emin Əmrullayevdən, yaxud  rayonun icra başçısı Alı Alıyevdən soruşuruq ki, bütün sosial şəbəkələrdə  yayılan bu rüsvayçı videolardan, məlumatlardan xəbəriniz yoxdurmu..? Xəbəriniz yoxdursa, zəhmət çəkin Gündəlik Bakını oxuyun.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. Yazıda müxtəlif saytların materiallarından istifadə olunub.
P.S. Hörmətli Alı müəllim, ötən dəfə plakatlarla bağlı sizə tutulan irad mətbuatda yayılmadı.
Amma…..