backend

TƏBİB-in rəhbəri Vüqar Qurbanov hər rayona sanki bir “səhiyyə naziri” təyin edib… - Nərimanov rayonunda isə “səhiyyə naziri” Fazil Alməmmədovdur…

İllər boyu Təbibin hal-hazırki icraçı direktoru Vüqar Qurbanov Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov ilə əlbirdir. Belə ki, Vüqar Qurbanov uzun illər keçmiş 5 saylı xəstəxanada (indiki Nərimanov Tibb Mərkəzi) həkim-nevropotoloq kimi adı gedirdi. Özü "ölü canlar kimi" işə gəlmirdi, dərman biznesi ilə məşğul idi. Həmçinin Vüqar Qurbanovun həyat yoldaşı Nərimanov Tibb Mərkəzində nevroloji şöbənin müdiridir.

Respublikanın bütün poliklinikalarında post terminallar quraşdırılıb. Baxmayaraq ki, hər ay İcbari Tibbi Sığorta tərəfindən vətəndaşların maaslarından pul tutulur, lakin onlar tibbi xidmət üçün pullar keçirirlər. İcbari Tibbi Sığorta  zərfində nəzərdə tutulmuş tibbi xidmətlər pulsuz olduğu halda sadə tibbi baxış ödənişlidir. Qiyməti 40 manat 12 qəpikdir. Deməli, ödənişlərə aid olan arayışlar:

1. İşə qəbul 
2. 18 yaşı bitmiş tələbələr
3. Magistra, rezdenturaya qəbul olan tələbələr
4. İlk sürücülük, vaxtı bitmiş sürücülük
5. Obliqat-kontingent 
6. Digər arayışlar
Sual yaranır ki, post-terminal qəpik qəbul etmir. Vətəndaşlar 41 manat ödəmək məcburiyyətindədirlər. 88 qəpiyin aqibəti bilinmir ki, hansı cibə gedir.
Statistikaya nəzər yetirsək hər il arayışlardan külli miqdarda gəlir əldə olunur. Tibb müəssisələrinin vəziyyətinə baxaraq Təbib və İcbari Tibbi Sığortaya xalqın üstündə eksperiment aparmasına, onların hüquqlarını pozmasına kim icazə verib?
Fazil Alməmmədov Şuşaya göndərdiyi hər həkimin ezamiyyət pulundan məcburi 200 manat oteldə qalmaq üçün mənimsəyib cibinə qoyur…
Fazil Alməmmədovun  88 qəpik biznesi…. 

Biz  bir media olaraq  Səhiyyə Nazirliyi, İctimai Tibbi Sığorta Dövlət Agentliyi və onun tabeçiliyində olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) sədri Vüqar Qurbanovun əməlləri barədə xeyli müddətdir ki, yazırıq. 
Təsəvvür edirsiniz, uzun illərin təcrübəli, peşəkar həkimləri deyir ki, biz səhiyyə sistemində baş verənlərdən dəhşətə gəlirik. TƏBİB deyilən qurum və onun rəhbəri Vüqar Qurbanov hər rayona sanki bir “səhiyyə naziri” təyin edib. 
Doğrudan da, bu gün Azərbaycanda profilindən, təyinatından asılı olmayaraq  mövcud  səhiyyə müəssisələrini, xəstəxanaları, poliklnilakarı  birləşdirib bir nəfərə tabe edirlər. Daha dəqiq desək hər rayonda RAYON TİBB MƏRKƏZİ yaradılır və bütün tibb müəssisələri ona tabe edilir. Biz bir media olaraq dəfələrlə yazmışıq ki, bunun adı islahat-reforma olsa da, söhbət rüşvət və korrupsiyanın çiçəklənməsindən gedir. 
Sözün qısası, Azərbaycan səhiyyəsinin məhv edənlər hər rayonda yuxarıda dediyimiz kimi “səhiyyə nazirləri” yaradıblar. Paytaxt Bakının Nərimanov rayonunda isə “səhiyyə naziri” Allah qoymasa Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovdur. Vaxtilə 5 saylı  Klinikanın baş həkimi olan Fazil Məmmədova tabe etdirilən Tibb müəssisələrinin siyahısına baxın. Şuşa Modul Tipli Xəstəxana Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası Uşaq Klinik Xəstəxaansı Yanıq Mərkəzi 1 nömrəli Poliklinika 2 nömrəli Poliklinika 3 nömrəli Poliklinika Adama deyərlər ki, yanığın, yoluxucu xəstəliyə nə dəxli..? Hələ bu harasıdır..? Fazil Alməmmədov cavan, təcrübəli işçiləri işdən azad edərək, təqaüd yaşı çoxdan keçmiş, rüşvətxor baş həkimləri vəzifələrə gətirir. 
Belə faktlar Nərimanov Tibb Mərkəzində xeyli saydadır. Yuxarıda göstərdiyimiz faktları bir daha təkrar etməkdə məqsədimiz kimisə aşağılamaq, kimisə ittiham etmək deyil. Məlumdur ki, vətəndaşlar  sürücülük vəsiqəsi almaq üçün arayışlar alırlar. Bundan başqa vətəndaşlar işə düzələndə sağlamlıq haqqında arayış, hətta narkoloji və digər arayışlar təqdim edirlər. 
Məlumdur ki, əvvəllər bu arayışlar ödənişsiz idi. Amma  Fazil Alməmmədov kimilərin səhiyyə sisteminə gəlişindən sonra vəziyyət dözülməz olub. Belə ki, İcbari Tibbi Sığorta Agentliyindən bildirilib ki, sürücülük vəsiqəsi almaq üçün tələb olunan tibbi arayış və iş yerinə təqdim edilən sağlamlıq haqqında arayış ödənişlidir. Bunu başa düşdük. Bəs, Fazil Alməmmədov kimi Tibb Mərkəzi direktorlarının tətbiq etdiyi “tarif biznesi” vətəndaşları dövlətdən narazı salır. Belə ki, sürücülük vəsiqəsi və digər  tibbi sağlamlıq arayışları üçün qiymət  40 manat 12  qəpik müəyyən edilib. Və  vətəndaşlara deyilir ki, mütləq post terminala gedib pulu ödəməlisiniz. Görəsən, bunlar başa düşmür ki, post terminal pulun qalığını qaytarmır. 
Deməli, hər gün minlərlə, bəlkə də on minlərlə vətəndaş  tibb arayış üçün  terminallara 41 manat pul köçürür. Görəsən, terminalda qalan 88 qəpiklər…vuranda on minlərə….milyonlarla manat edir.
Əlbəttə Azərbaycan Səhiyyəsinin ciddi islahatlara ehtiyacı var. Amma bu gün İcbari Tibbi Sığorta, Təbib, Bakı Baş Səhiyyə idarəsi, Tibb Mərkəzləri adı altında baş verənlər Azərbaycan Respublikasının Səhiyyə sisteminin dağıtmağından başqa bir şey deyil. Bu rəhbərlər səhiyyəni biznes ocağına çeviriblər və bunuda iclaslarda açıq-aydın söyləyirlər. Onların şüarı "Pul qazanmaq vaxtıdır". Səhiyyə və xəstə əks istiqamətdədirlər.
Məsafədən asılı olmayaraq, Tibb müəssisələri Tibbi Mərkəzlərə birləşdirilib. Bu da vətəndaşların haqlı narazılığına səbəb olub. Məsələn, vətəndaş icbari tibbi sığorta yolu ilə hansı bir müayinə, müalicə və əməliyyat keçmək üçün ilk növbədə müraciəti ASM (ailə sağlamlıq mərkəzi), İDM ( ixtisaslaşmış diaqnostik mərkəzə), son nöqtəsi Tibb Mərkəzləridir. Orada da saatlarla gözləməkdə qalırlar. Bir günə məsələ həll olunmur. Vətəndaşlar həm yollara, həm də gözləmələrə məruz qalırlar. 
Həmçinin laboratoriaya xidmətlərinə gəlincə sual yaranır ki, Tibb Müəsissələrində laboratoriya cihazları olduğu halda, vətəndaşlardan qan götürülüb, özəl klinikalara yönləndirilir. 
Görəsən səhiyyəmizin baş bilənləri  40 manat 12 qəpik əvəzinə  41 manat  edib, vəsaiti dövlətin büdcəsinə keçirə bilməzdilər..? Hələ bu harasıdır..? Fazil Alməmmədov Şuşaya ezamiyyətə göndərilən həkimlərə verilən 500 manatın 200 manatını elə yerindəcə tutub alır. Bir sözlə, Nərimanov Rayon Tibb Mərkəzində  rüşvət və korrupsiya halları baş alıb gedir.
Redaksiyamıza daxil olan məlumatlara görə, Nərimanov Tibb Mərkəzində yoxlamaların başlanacağı gözlənilir. Deyəsən, Fazil Alməmmədovun kitabı bağlanmaq üzrədir.