backend

Mingəçevirdə vəzifəli şəxsin törətdiyi avtoqəza niyə gizlədilir?

Əvvəllər məmur övladlarının avtoşluğu qəhrəmanlıq sayırdılırdısa,indi də məmurların özləri bu hərəkəti edir.Mingəçevir şəhərində zəncirvari yol qəza hadisəsi baş verib. Avtoqəzanı törədən vəzifəli şəxsin əməlləri niyə cəmiyyətdən niyə gizlədilir?

Bu haqda “Dünyanın səsi.az”-a video faktlar göndərilib.

Belə ki,sözügedən hadusə 25 yanvar 2023-cü il tarixdə Mingəçevir şəhərində baş verib.Hadisəni törədən şəxs isə Mingəçevir şəhər Mənzil Təsərrüfatı İstehsal Birliyinin rəisi Şəhriyar Mustafayev olduğu iddia edilir.Mingəçevir şəhər Mənzil Təsərrüfatı İstehsal Birliyinə məxsus olan 45-AA-085 nömrəli xidməti maşını rəis özü idarə edirmiş.

İddia olunur ki,hadisə baş verən zaman “KOMXOZ”-un rəisi sərxoş olsa da, hadisə yerindən qaçmağı bacarıb.Bu hadisə sükan arxasında olan istənilən sürücünün başına gələ bilər.

Bizi narahat edən məsələ odur ki,bu dövlətin vermiş olduğu xidməti maşının ştatlı sürücü olduğu  halda nədən bu məmur vəzifə səlahiyyətlərindən  sui-istifadə  edərək öz dədə malısı kimi istifadə etməlidir?



Bəs onda sözügedən sürücüyə hər ay dövlət büdcəsindən niyə maaş verirlər?

Törədilən hadisə ilə bağlı iddia olunur ki,Mingəçevir polisi “KOMXOZ”-un bu “pyaniska” rəisi Şəhriyar Mustafayevi oyundan çıxardıb.

Redaksiya olaraq bu vəzifə sahibi ictimai fiqur olduğundan onun törətmiş olduğu cinayət əməlinə görə hüquq-mühafizə orqanlarının rəhbərləri bu hadisəni yenidən araşdırılması üçün göstəriş verəcəkdir.

Səsləndirilən iddia ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.