Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Türkiyə və Suriyada Kahramanmaraşda zəlzələdən zərər çəkmiş bölgələrdə Rusiya axtarış-xilasetmə qruplarının işlərini yekunlaşdırdığını açıqlayıb.
Turantv.az TRT-yə istinadla xəbər verir ki, Kurenkov aralarında psixoloqlar və xüsusi təlim keçmiş itlərin də olduğu 200 nəfərlik bir qrupun Türkiyə və Suriyada çalışdığını bildirib.