backend

Cəlilabad rayon sakini Qamət İsmayılov Prezidentə MÜRACİƏT ETDİ


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya




Cəlilabad Rayon Təbriz küçəsi ev № 45 yaşayan İsmayılov Qamət Əcəbəli oğlundan

Açıq Məktub


Ali qanunlarımızın tapdalandığına ədalətin ortadan götürüldüyünə zülüm və təziqlərin durmadan artdığna elementar hüquqlarımın Bərpa etmək məqsədi ilə yazdığım Şikayət ərzələrimin nəticəsiz qaldığına və nəhayət Ailəmlə birlikdə düşdüyüm Ağır durumdan çıxmaq məqsədi ilə illərlə çəkdiyim ağır acılarımı indi Acıq məktub şəkilində Acıqlamaq məcburiyyətində qaldım.
Hörmətli Cənablar!

Mən 19 noyabr 1981-ci ildə Cəlilabad r. Anadan olmuşam.
1998-ci ildə şəhər 2-saylı orta Məktəbi bitirmişəm.
1999-ci ildə Sərbəst Güləş üzrə 1-ci dərəcəli Güləşçi Adına laiq Görülmüşəm
2000-ci ildə DİN-nin D.Q-na Hərbi xitmətə getmişəm. 2001-ci ildə təxris olmuşam.
2001-ci ildə A. R. Gənclər və İdman Turizim Nazirliyi yanında Bakı Bədən Tərbiyəsi və Turizim Kollecinə qəbul olmuşam 2004-cü ildə bitirmişəm.
2005-ci ildə YAP-na seçilmişəm.
2000-2001-ci ildə DİN-nin D.Q-da Xidmət edərkən Montin Hərbi hissədə Dinamo İdman Cəmiyyətində və Müdafiə Nazirliyinin Ordu İdman kulubunda İdman yarışlarında uğurlar qazanmışam. Diplom Fəxri fərman və Mükafatlarla Təltif olunmuşam. 2001-ci ildə DİN-nin D.Q-ında Şəki, Zaqatala Hərbi hissəsində Xidmət edərkən mənə Xidməti Xasiyyətnamə Verilib.
Bütun Çətinliklərə baxmayaraq həmişə Ölkə Rəhbərinin xarici və daxili siyasətini dəstəkləmişəm. Dövlətçiliyimizin keşiyində dayanmışam, vətənpərvərlik baxımından sayılıb seçilmişəm Belə ki, DİN-nin D.Q nın xusisi əməliyatlarında bir Əsgər kimi iştirak etmişəm. 2000-ci ildə Bakı ş. baş vermiş kütləvi ixtişaşların qarşısını Alınmasında dövlətçiliyimizin qorunmasında
Səylə vuruşmuşam. N Saylı Hərbi hissənin Əsgəri kimi peşəkarlıq və qətiyyət göstərmişəm. Qarşıya Çıxan Çətinliklərə baxmayaraq vəzifə borcumu vicdanla yerinə yetirmişəm və Asayişin Bərpa olunmasında canımdan keçməkdən belə qorxmamışam.
2001-ci ildə Şəki, Qax, Zaqatala, Balakən r. ərazisində Kriminogen durum kəskin şəkildə pisləşmişdi. Silahlı cinayətkarlar N saylı Hərbi hissəyə basqın etmiş və Zaqatala r. Polis Şöbəsinin Əməkdaşları quldurlar tərəfindən Atəşə tutulmuşdu. Bölgədə bir sıra Teror Aktları törədən silahlı cinayətkarların axtarılmasında və zərərsizləşdirilməsində N Saylı Hərbi hissənin Əsgəri kimi tapşırıqları Layiqincə yerinə yetirmişəm və bu zaman mətinlik və Fədakarlıq göstərmişəm. Gürcüstan, Dağıstan, A. R. Sərhədlərində Cinayətkarlara Qarşı Axtarış əməliyyatlarında iştirak etmişəm. 10 may 2000-ci ildə UlU Öndər H.Əliyevin Ad günü Münasibəti ilə T.Bəhrəmov Adına Stadionda Hərbi Pakaznoyda iştirak etmişəm və Nümunəvi çıxışlar göstərmişəm.
2000-ci ildə Mərhum EKS Pirezident Əbülfəz Elçibəyin cənazəsi Türkiyədən Azərbaycana Gətirilərkən və dəfn Mərasimində muxalif insanlar İctimai Asayışı pozmaq istərkən DİN-nin D.Q-nın cəsur əsgəri kimi Sabitliyin Bərpasında istirak etmişəm.
2000-ci ildə Bakıda baş vermiş Güclü zəlzələ zamanı Əhaliyə Bir əsgər kimi kömək etmişəm.
2000-2001-ci ildə Hərbi xidmət etdiyim Hərbi hissələrdə Aldığım xəsarətlər,
Bakı.şəhəri. Binəqədi r. Biləcəri qəsəbəsində.Motodrom stadionunda Məşğələ zamanı:
Bakı şəhəri.Yasamal r. . Qələbə Kinoteatırının Ətrafında gedən Mitinqlərdə DİN-nin D.Q-nın Əsgəri kimi dövlətin Təhlükəsizliyini Qoruyan zaman:
Bakı şəhəri Qaradağ r.. Hərbi poliqonunda məşğələ zamanı:
Hacıqabul r. Karantində Hərbi Təlim zamanı:
Bakı.şəhəri. Xəzər r. Qala qəsəbəsi.Türkiyə.Respublikasından gələn Komandoların Keçirdiyi Hərbi təlim zamanı Şəki, Qax, Zaqatala, Balakən rayonlarında xidmət edərkən Mitinqlərdə, Əməliyyatlarda Dövləti Mühafizə etmişəm və Kəllə Beyin Traması Müxtəlif Bədən Xəsarətləri Almışam. Xidmət Etdiyim Hərbi Hissələrin Xəstəxanasında və Primoskidə yerləşən Hərbi Hosbitalda Müalicə almışam və yenidən Hərbi xidmətə davam etmişəm.

Hörmətli cənablar!
Mən hələ uşaq ikən Əlil olmuşam. Buna baxmayaraq könüllü olaraq orduya getmişəm, vətənə olan borcumu layiqincə yerinə yetrmişəm. Sağlam gənclərin Bəzisi hansı yollarlasa ordu Sıralarından qalırdı və bu imtiyazdan öz məqsədləri ücün istifadə edirdi. Bu gün Saxta Əlillər demək olar ki, cox şeyə nail olublar. Amma Mən Döyüşgən Əsgər Vətənpərvər insan kimi Haqqımı Ala bilmirəm. Ailəliyəm 2- uşaq atasıyam Kirayə evdə yaşayiram. Dəfələrlə Rəsmi Qurumlara muraciət Etmişəm. Səsimə hay verən Tapılmır axı. Məndə Hərbi Əlil kimi evlə-Maşınla, Prezident təqaütü və sığorta ödənişi ilə Normal işlə təmin olunmaq Hüququna Malik Azərbaycan vətəndaşıyam Dövlətimizə və Dövlətçiliyimizə Həmişə sadiq olmuşam.
Hörmətli Cənablar!

Mərhum Böyüklərim Məni Hərbi xidmətə Qoymurdu. Əlil olduğum üçün amma Mən Əlilliyimi Bir qirağa Qoydum. Vətənə Xidmət Etməyə Getdim. Mərhum Böyüklərim Xəstəlik Sənədlərimi xidmət etdiyim, Hərbi hissəyə gətirdilər. Mənə Hərbiyə yararsız Hərbi bilet verirdilər. Mən ondan imtina etdim. Hərbi hissə komandirinə bildirdim ki, bir neçə aydır xidmət edirəm. Az qalır xidmətimi başa çatdırmağa. Haqsızlıq olar mənə Hərbiyə yararsız bilet verilsin. Neçə aydan sonra xidməti başa vurdum. Hərbidən təxris olunduqdan sonra heç bir xəsdəlik sənədimi mənə vermədilər. Məndə sadəlövlükdən həmin xəstəlik sənədlərimin mənə lazim olacağını düşünmədim və tələb etmədim. Mənə başa salmadılar ki, bu sənədlər sonradan lazım olacaq. Sonra müxtəlif illərdə DİN-nin D.Q-nın Primorski Hosbitalının Həkimlərinə müraciət etdim. Hərbi xidmətim vaxtı xəsarət aldığım və müalicə olunduğum haqqında olan sənədlərimi verilməsini xahiş etdim. Məndən Rüşvət istədilər. O vaxt mən Rüşvət vermədim. Aidiyyatı qurumlara şikayət etdim. Şikayət etdiyim qurumlar mənə söz verdi ki, sənə köməklik olunacaq. Amma heç bir köməklik olunmadı. Əksinə mənim xəstəlik sənədlərimi itirdilər. Mən də çarəsiz qaldım. Axrinci dəfə 2016-ci ilin Fevral ayında Səfərbərlik xidmətinin Rəisi Cəlilabad rayonuna gələrkən onunla görüşdüm. Hərbiyə aid olan şikayətimi bildirdim. O mənə köməklik olunacağına söz verdi. Səfərbərlik xidmətinin Rəisi mənim işimlə bağlı DİN-nin D.Q-ına Müraciət edib DİN-nin DQ-dan mənə zəng olundu və məktub gəldi. Mənə bildirdilər ki, biz yeni kadırlarıq. Hosbital Köçürülüb başqa əraziyə cox dəyişiklər olub. Sənin xəstəlik sənədlərini arxivdən tapa bilmədik və məndən hansı gündə yatıbsan soruşdular məndə onlara cavab verdim.
Neçə illər öncə Hərbidən gəlmişəm Kəllə-beyin və Bədən Xəsarəti almışam o vaxtan (Əsəb-ürək) dərmanları qəbul edirəm və yadımdan çıxıb.
Hörmətli cənablar!
Axı mən nə edim. Adi xəstəlik təqaüdü alıram. O da yaşamaq üçün kifayət etmir. Neçə ildir ki, istəyirəm DİN-nin D.Q-nın Hosbitalından Xəstəlik sənədlərimi (Tibb arayışı) Alıb ev nöbəsinə durum və Təqaüdüm Hərbi Təqaüd kimi təyin edilsin. Rüşvət vermədiyim üçün işim düzəlmir. Mülki əlil kimi vətənə xidmət etmişəm və hərbi əlil kimi qayıtmışam həmişə xidmətə hazıram. Ancaq xidmətimə nə mənəvi, nədə maddi qiymət verilmir.A. R. Hökümət məmurları məndən əlil kimi istifadə edib haqqımı vermədilər.Belə qanunsuzluğ olmaz. Bu məmurlar haqqında tədbir görulməsini xahiş edirəm. Bütün seçkilərdə Fəal iştirak etmişəm. Bu istiqamətdə üzərimə qoyulan vəzifələri vicdanla yerinə yetirmişəm. Yuxarıdan gələn tapşırıqlara laiqincə əməl etmişəm. Ona görədə sizlərə müraciət edirəm və inanıram. Bir vətandaş kimi Problemimi həll edəcəksiniz.
26 Avqust 2016-cı il məni DİN-nin D.Q-nın Baş idarəsinə çağırdılar. Məndən izahat aldılar və xidmət etdiyim Arxiv Arayışı verdilər. Arxiv Arayışında Bəzi xidmətlərim yazılıb. Bəziləri qeyd olunmayıb. O, da mənim ev növbəsinə və hərbi Təqaüdə keçməyə yaramadı. Mənə (Tibb arayış) verilməlidir.Hərbi biletimdə xidmətlərim yazılıb bəzi səyfələrdə möhür və imza var bəzilərində yoxdur.Belə qanunsuzluq olmaz. Bu məmurların cəzalanmasını istəyirəm.

Hörmətli cənablar!
Şikayətimə Bxılmasa mənim yerimdə kim olsa belə edərdi. YAP-dan Çıxmaq vətandaşlıqdan Ailəmlə birlikdə imtina etmək və xarici ölkələrdən sığınacaq almaq məcburiyyətində qalacağam. Çox xahiş edirəm Sizə yazdığım şikayəti açıq məktub şəkilində Müxalifət Qəzetlərinin birində sizə ünvanlamağa məcbur etməyin.
Ümüdvaram ki, Cənab Prezident İlham Əliyev və Birnci Xanım Mehriban Əliyeva Məni bağışlayarsınız. Mən bu addımı atmağa məcburam. Çünki cox məmurlar sözdə Prezidenti və Birinci Xanımı dəstəkləsələrdə əməldə onun nüfuzuna ciddi xələl gətirirlər. Odur ki, mən onlarla bir partiyada təmsil olunmaq istəmirəm. Ölkə Prezidentinə və Birinci xanıma sona qədər sadiq qalacağam. Bir vətandaş kimi ona Təklif edirəm ki, Ölkədə ictimai mühitin sağlamlaşmasına, rüşvətxorluğa, süründürməçiliyə və bəzi məmur ozbaşınalığına son qoyulması üçün təcili tədbirlər görülsün. Xahiş edirəm
Hörmətli cənablar.
Vətəndaşların ərizə-şikayət və təkliflərinə baxılması barədə Ali Konstitusiyasının 57-ci maddəsi:
Vətəndaşların ərizə-şikayət və təkliflərinə baxılması qaydasına görə göndərilən ərizə -şikayət və təklifləri şikayət olunan təşkilatlara göndərilməsi qəti qadağandır və mənə rəsmi cavab verməyinizi xahiş edirəm.
Hörmətli cənablar məktubuma sizdən müsbət cavab alacağıma inanıram. Öncədən sizə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə Ehtiyatda olan əsgəriniz Hərbi Əlil Qamət İsmayılov.
Polis və Daxili Qoşunlar Azərbaycan Dövlətinin xalqımızın keşiyində duran mubariz bir orqandır Heydər Əliyev
Hörmətli cənablar!
Youtube Sosial şəbəkədə İsmayılov Qamet yazmaqla xidmətlərimə ətraflı baxa bilərsiniz.

Imza : Q.İsmayılov

şəkillər
şəkillər
şəkillər
şəkillər
şəkillər
şəkillər