backend

İran ölkəmizə qarşı mənfur niyyətləri həyata keçirmək üçün cəsus şəbəkəsi formalaşdırır

Azərbaycan ilə İran arasında qarşıdurma kifayət qədər qəliz xarakter almaqdadır. Heç də bütün bunlar Azərbaycanın addımlarından asılı deyil. Qarşıdurmanın kökü İranda mövcud olan rejimlərin bugün və tarixdə hər zaman olduğu kimi Azərbaycanı milli quruluşu, etno kimliyi ilə qəbul edə bilməməsidir.
Son 30 ildə davamlı şəkildə müstəqil Azərbaycan dövlətinin milli siyasi quruluşunu məhv etmək istiqamətində daxilimizdə etnik, dini, sosial və sair çaxnaşmalardan tutmuş Ermənistanın torpaqlarımızı işğal etməsinə qədər bütün imkanlarını sərf etmişdir.
Uzun illərdir ölkəmizə qarşı yürütdüyü mənfur niyyətləri həyata keçirmək üçün, Azərbaycanda cəsus şəbəkəsini formalaşdırdı. Təəssüflər olsun ki, bunlar yalnız dindarlar içərisində deyil, cəmiyyətin müxtəlif təbəqələrində siyasət, media, QHT sektorundada yer almaqdadır.
Son zamanlar Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən əməliyyatlar əsnasında ifşa edilən şəbəkənin nə qədər təhlükəli məqsədlər üçün təşkilatlandıqları göz önündədir.
İran rejiminin əsas məqsədlərindən biri də Azərbaycan daxilində milli qüvvələri hədəf almaqdır.
Millət vəkili Fazil Mustafaya qarşı terror aktının izləri İranı işarət edir.Birbaşa ölümə qəsd və ölümlə hədələmə hadisələri bundan əvvəl də Azərbaycan ziyalılarına qarşı İran tərəfindən sifariş edilmişdir.
Həmçinin İran rejiminin digər iyrənc təbliğatı isə cəmiyyətimizin müxtəlif təbəqələrində nüfuz sahibi olan, milli dövlətçiliyə bağlı şəxsiyyətlərə qarşı ləkələmə kompaniyasını  aparmaqdır. Yazıçı Sayman Aruza qarşı son dövrlər bəzi media qurumlarında‘ İran cəsusu’ şantaj kompaniyasının aparılması diqqətimi cəlb etdi.
Güneydən olan soydaşımız Sayman bəyi uzun illərdir qiyabən tanıyıram. Onun milli ruha sahib olması, Azərbaycan dövlətçiliyi maraqlarından cıxış etməsi və bir ziyalı olaraq bütöv Azərbaycan yoluna bağlılığı şübhəsizdir. İndi Sayman Aruz kimi milli insanımızı bir sayt tərəfindən hədəfə alınması hansı məqsədlərdən xəbər verə bilər?
Halbuki adını hələlik çəkmək istəmədiyim xəbər portalı və onun rəhbərliyi dövlətə yaxın bəzi dairələrdən yüksək  maddi dəstək almaqdadır. Tanınmış və kifayət qədər yuxarılardan imkanlar əldə edən bir xəbər portalının, İranın ölkəmizə qarşı həyata keçirtdiyi idealoji və informasiya təxribatına ortaq olmasını nə ilə izah edə bilərlər.
Bu cür xəbər portallarının ayrı-ayrı vaxtlardakı fəaliyyətlərini  təhlil edildikdə, qaranlıq dairələrin sifarişçisi olduqları , Azərbaycana qarşı çirkin niyyətlərə ‘yağ’ sürtdükləri gül kimi aydındır. Yazıçı Sayman Aruzun AZTV-də yayımlanan və o taylı-bu taylı Azərbaycanda yaxşı əks səda verən ‘Körpü’ proqramını izlədikcə daha bir ziyalımıza atılan çamurun izlərinin gölməçəsi daha aydın  görünür.
Samir Adıgözəlli İSBAM sədri.