backend

Aqrar təhsil ocağını iflic edən və ora ata mülkü kimi baxan rektor Prezidentin sərancamını niyə vecinə almır? Şikayət

Turantv.az  saytına Gəncə şəhirindəki təhsil ocağı olan ADAU haqqında ilginc faktların ardı-arası kəsilmir.

Belə ki,etibarlı mənbənin verdiyi məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetin müəllim və professor tələbələri müstəqilliyimiz dövründən dövlətimizin siyasətini dəstəkləyən, zəhmətkeş, xüsusi istiqamətli bir ziyalı ordusu oldğunu dönə-dönə qeyd edirlər.Amma nə faydası?!
Son illər bu universitetin kadr cəhətdən necə deyərlər, çarxi-fəlayi dönüb. Son 15 ildə kənardan gələn andrabazi üsublu rektorların arada sapı özümüzden olan balta İbrahimin kəsici-çapıcı əməlləri sayəsində universitetin bu zəhmətkeş və təvazökar kollektivi zülümlü günlərini yaşayır.
Bu təzə gələn rektor da sələflərinin əməllərinə əlavə etməyə bir şey tapmayaraq düşüb tələbə heyəti və birliklərinin canına.
Soruşan yoxdur ay Səttar Möhbalıyev, bu universitetin dörd il divarları arasında yetişən, tələbələrinin dərd-sərini bilən bir istedadlı gənc tapılmadımı ki, bir “dezerti” Bəşir Bağırzadənin tapıntısıynan Gəncə Dövlət Universitetini (pedaqoji ) bitirmiş, nədənsə beyninə aqrar mütəxəssis olmaq sevdası düşmüş bir rüşvətxor balasını gətirib qeyri-qanuni yolla ADAU-nun THİK sədri seçdirirsən?
Mənbə daha sonra  qeyd edir ki,Sayın Zəfər Qurbanov qanun deyəndə nədənsə yer-göy silkələnir. Budurmu qanun ay legioner rektor?
Rektor üçün qanun: İşbaz,hərbi xidmətə getməmək üçün özünü xəstəliyə vuran fərari Bəşir Bağırzadənin diktəsi ilə canım ürəyim dediyin,göz qırpımında hər an vətən yolunda canından keçməyə hazır olan tələbələrimizin haqqına girmək onları aşağılamaqdır…
Prorektorların biri 30 ilin müəllimlərini canına düşüb,onları təhqir edir,çörəyini kəsir.O biri zəhmətkeş çörəyi daşdan çıxan insanların işini bağlayır,zülümlə qurulmuş fermaları dağıtmağa çalışır, vəsait yoxdur deyirlər…
Hanı o, əlaltıların əli ilə altdan-altdan yığdıqlarınız pullar?
Ən maraqlı məqam odur ki,Rektor 4-5 saat iclas edib “mən rüşvətsiz işləyirəm” deyərək korlanmış imici qorumaqla məşğuldur.  Daha xəbəri yocdur ki,Onun bu cur imitasiya xaraktürki çıxışları ADAU-da “anektota” çevirilib. Hər kəs tərəfindən gülüşlə qarşılanır.
Tədrisi idarə edicilərini 4-5 saat iclaslarda saxlamağından bilinir ,ki siz nə cür rektor əvəzisinuz, Zəfər Qurbanov?
Hansı rüşvətsiz işindən danışırsınız ki, qiyabi təhsildə sağ əliniz dezerti Bəşir Bağırzadə mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov və aqrotexnologiya fakültəsinin dekanı Əfqan Hüseynovla birlik olub qiyabi tələbələrin testlə imtahanlarını yazdırır? Guya bu qanunsuzluqdan da xəbərin yoxdur?
İmtahan sisteminə isə sabiq rektor İbrahim Cəfərovun dönəmində bu əməllərinə görə mətbuatda tələbələrlə yazışması çıxan Ruslan Tahirov baxır. Bütün imtahan sistemi Ruslan Tahirovun əlindədir.Bu sistemə ümümiyyətlə, nəzarət edən belə yoxdur.
Kağız üzərində daxili nəzarət şöbəsi olmasına baxmayaraq bu şöbənin müdiri dezerti Bəşir Bağırzadənin işi ancaq, Zəfər Qurbanova “qara klassirlik” etməkdir.
Sayın Zəfər Qurbanov hansı dövlətçilikdən və düzgünlükdən danışırsaınız ki, Cənab Prezident əmək haqqının qalxması barədə sərəncam verdi bütün dövlət və bir çox özəl təşkilatlar əməkhaqqını minimum 12-15 faiz qaldırdı, amma siz bir faiz belə qaldırmadınız. Nədən?
Budurmu sizin zəhmətkeş və vətənpərvər aqrar sahənin əməkdaşlarına göstərdiyiniz diqqət və qayğı?
Sizin  bəyənmədiyinız 0,5 ştat belə dərs yükü vermədiyin sabiq rektor İbrahim Cəfərov dönəmində Gəncə şəhərində fəaliyyət göstərən universitetlərdən daha yüksək idi ADAU-də işləyən müəllimlərin əməkhaqqısı…
Etdiyininiz iclaslarda belə 4-5 saat ancaq özünüzü tərifləyirsiz,maliyyə artımından danışırsız.
Hansı artan maliyyədir ki, Prezidentimiz İlham Əliyevin sərəncamını belə vecinə almırsınız və dövlətçilikdən və  düzgünlükdən danışırsınız. Elə bil aqrar təhsil ocağı ata mülkünüzdür ,Siz də istədiyininizi edirsiniz.
Kadr təyinatını belə başqa universitetdən gətirirsiniz. Adı çəkilən işbazların belə nə aqrar təhsili fikirləşir, nə də ki, sizin idarəçiliyinizi.
Onu da qeyd edək ki,ADAU-nun adı çəkilən işbaz kadrların bütün günü “sehrli əllər” ilə redaksiyalara zən etdirib,yalnız öz adlarını sildirməsini xahiş edir. Bir sözləri var: “mənim adımı silin kimin adını yazırsınız yazın…”
Əziz oxucular! Turantv.az saytı olaraq Sizə bildirmək istəyirik ki,Sayın Zəfər Qurbanov etdiyi yanlışlıqları düzəltmək əvəzinə, qohum-əqrabası-xala oğlu,əmi oğlu və digərləri vasitəsilə redaksiyalara salaraq edilən şikayətləri dayandırmaq istəyir…
Bu baradə nöbvəti sayımızda ətraflı məlumat verəcəyik. Bizi izləyin. Ardı var…
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.