backend

283 saylı məktəbdə Sevinc Musayeva “qanunları” – Direktor əvəzi vəzifəsindən necə sui-istifadə edir?

Ölkənin təhsil sistemində aparılan islahatlara baxmayaraq, hələdə bir çox məktəblərdə problemlər qalmaqdadır. Məktəb direktorlarının vəzifələrindən sui-istifadə edərək müxtəliv üsullarla pul qazanc əldə etmələri artıq adi hala çevrilib.
Hətta gənc Təhsil naziri Emin Əmrullayev məktəb direktorlarının sui-istifadə hallarına yol verdiklərini və bu kimi halların təhsil siyasətinə ciddi zərbələr vurduğunu dəfələrlə vurğulayıb. “Azərbaycan Reallığı”ın Elektron poçtuna daxil olan məlumata görə, belə tədris ocaqlarından biri də Binəqədi rayonunda yerləşən 283 saylı tam orta məktəbdir.
Verilən məlumatda vurğulanır ki, 3 ildir 283 saylı məktəbdə direktor əvəzi vəzifəsini icra edən Sevinc Musayeva keçmiş sələfindən heç də geri qalmır. Direktor təyinatı ala bilməyən və gələcəkdə də bu arzusunun reallaşacağına ümidləri azalan Sevinc Musayevanın tutduğu vəzifədən sui-istifadə edərək qazanc yoluna baş vurdğu bildirilir.

“Azərbaycan Reallığı”
na daxil olan məlumatda qeyd edilir ki, hazırda 283 saylı məktəbdə keçmiş direktor Tünzalə Zeynalovanın dövründə olduğu kimi 9 və 11 sinif şagirdlərinin dərs davamiyyətini pozmalarına görə aylıq ödəniş sistemi qalmaqdadır. Təhsil Nazirliyinin  davamiyyətlə bağlı tədbirlərinə baxmayaraq bu məktəbdə şagirdlərin davamiyəti kobud şəkildə pozulmaqdadır.
Məktəb daxilində sinif otaqlarının repititerlik edən müəllimlərə verilməsi isə artıq adi hala çevrilib. Məhz direktor əvəzi Sevinc Musayevanın Təhsil nazirliyinin etimadından sui-istifadə edərək, 283 saylı məktəbdə qazanc məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi isə nazir Emin Əmrullayevin təhsil siyasətinə kölgə salmaqdadır.
Son illər Təhsil Nazirliyi tərəfindən rüşvət və korrupsiya faktları aşkarlanan direktorların aqibəti görünür Sevinc Musayevanı heçdə narahat etmir. Bildirək ki, 283 saylı məktəb direktoru əvəzi Sevinc Musayevanın Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyevanın komandasında olduğu deyilir. Belə ki, Sevinc Musayevanın sələfi, ən yaxın adamı Tünzalə Zeynalovanın komandasındasının əsas üzvülərindən biri olduğu iddia edilir.
2020-ci ildə Tünzalə Zeynalovanın 283 saylı tam orta məktəbdən 53 saylı tam orta məktəbə direktor təyin edilməsinin əsəbəbkarının sabiq nazir müavini Məhəbbət Vəliyeva olduğu bildirilir. Məhz Məhəbbət Vəliyevanın nazir müavini vəzifəsindən çıxarılması isə Sevinc Musayevanın direktor olması arzusunun üstündən xətt çəkib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.