backend

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Medaura klinikasında bugün Direktor Nihat Zeynallı və Baş həkim Nigar Məhəmmədovanın təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd edilib.
Tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlə
Sonra dünya şöhrətli siyasi xadimin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Direktor Nihat Zeynallı qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik Lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğundan, ölkəmizin qüdrətlənməsindən, bu günki Azərbaycanın dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biri olmasından, ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsindən və əhalinin rifah halının ildən-ilə yüksəlməsindən danışıb.