backend

İsmayıllının başcısı Nahid Bagırovdur, yoxsa Ədalət Göyüşöv? - 22 ildir istifadə etdiyi örüş yeri əlindən alınan sahibkar Prezidentə MÜRACİƏT ETDİ

Ağsu rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu növbəti dəfə redaksiyamıza müraciət edərək bildirib ki, 2000-ci ildən 2022-ci ilədək hər il icarəyə götürdüyü yaylaq sahəsini İsmayıllı rayonundan olan Ədalət Göyüşov adlı bir iş adamının təzyiqi səbəbindən müxtəlif bəhanələr gətirilərək ona icarəyə verilmir. İlk öncə İcra nümayəndəliyindən gəlib, heyvanlarını səhv sayıblar. Vətəndaş müraciət edərək yenidən sayım üçün komissiya təşkil etdirib. Komissiya ilk öncə 34 baş sayılan heyvanların əsl sayının 367 baş olması barədə rəy verib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun qəbulunda olan Azər Mürsəlova cənab başçı deyib ki, anlaşılmazlıq olub, sənin illərdir icarəyə götürdüyün yay otlaq sahəsi yenidən sənə icarəyə veriləcək. Lakin bir müddət keçdikdən sonra Ədalət Göyüşovun yəqin ki, basqısından, onun yüksək çinli məmurlarla dostluğundan çəkinən Nahid Bağırov sözünün üstündə dayanmayıb.

Rəhim Bədəlov adlı polis kapitanı və bir neçə nəfər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən hədə-qorxu gəlinən sahibkar ümidini yalnız Cənab Prezidentə bağladığını deyir. O, bundan sonra daha ciddi şərləmələrə məruz qalacağından qorxur.

Sonda qeyd edək ki,367 baş heyvanı olan, 22 ildir həmin ərazini icarəyə götürən sahibkar Azər Mürsəlov kənarda qaldığı halda, hazırda həmin yay otlaq sahəsində 50 baş keçi və 70-80 baş iribuynuzlu heyvanı olan Ədalət Göyüşovun himayədarlıq etdiyi adını bilmədiyimiz şəxs yerləşib...

Kanal 33 olaraq şikayətçinin video-müraciətini təqdim edirik...



Qaynarxett.az