backend

Ucar sakinindən iddia: “Kombayn sürücüsü “Azəraqrar”ın rəhbərinin səhlənkarlığı üzündən ölüb”

Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktoru Zamin Məmmədovun yol verdiyi qanunsuzluq nəticəsində Ucar rayonunda ölüm hadisəsi baş verib. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə Ucar rayonu, Qazyan kənd sakini Seyidov Sadiq Əhməd oğlu çıxış edib.

O, kənd təsərrüfatı naziri Məcnun Məmmədova etdiyi müraciətində qeyd edir ki, Zamin Məmmədov kənd təsərrüfatı sahəsinə aidiyyatı olmayan qohumu Cavid İsmayılovu (soyad ayrı olsada doğmaca qardaşı oğludur-müəl.) Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin etdirib.
Sadiq Seyidovun sözlərinə görə, Cavid İsmayılov saxta diplolmludur. “Nəticədə Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin edilmiş saxta diplomlu Cavid İsmayılov taxıl biçən kombayını texniki baxışdan keçirmədən, işləməsinə göz yumduğu üçün 05 iyun 2023-cü il tarixdə təkər partlaması nəticəsində sürücü Yuxarı Şilyan kənd sakini Əhmədov Hakim Hətəm oğlu ölüb”.
Ucar sakini bildirir ki, rayonda bütün kənd təsərrüfatı texnikaları texniki baxışdan keçirilmədən işə cəlb edilib. “Zamin Məmmədov özü kənd təsərrüfatından çox uzaq olan adamdır. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur. Zamin Məmmədov işinin öhdəsindən gələ bilmədiyi kimi, onun qardaşı oğlu Cavid Ismayılov da öz işinin öhdəsindən gələ bilmir. Hətta onun saxta diplomunda qeyd edilən təhsil özü bu sahəyə aid deyil. Bir neçə il əvvəl Cavid İsmayılov DSMF-nin Ucar filialına müdir vəzifəsinə təyin olunmaq üçün sənəd təqdim etmiş, ancaq diplomunun saxta olması aşkar edildiyi üçün təyinat baş tutmamışdır”.
Sadiq Seyidov müraciətində nazirdən xahiş edir ki, Zamin Məmmədovla bağlı araşdırma aparılsın.
Qarşı tərəfi də dinləməyə hazırıq.