backend

Neftçala rayon Uşaq-Gənclər Şahmat məktəbində NƏ BAŞ VERİR - Anons

Neftçala rayon Uşaq-Gənclər Şahmat məktəbində kimlər "ƏLLƏM-QƏLLƏM İŞLƏR" cevirir? 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev iki il bundan əvvəl 30 illik həsrətimizə son qoyan Qarabağ savaşında böyük Zəfərin idman nailiyyətləri, bilik və intellektual savadı ilə seçilən gənclərdən ibarət müzəffər Azərbaycan ordusunun, şəhidlərimizin canı-qanı bahasına qazanıldığını dəfələrlə vurğulayıb. Danılmaz faktdır ki, bütün dünyada ən böyük yatırım məhz gənclərə, onların təhsilinə və intellektual səviyyəsinə qoyulan yatırımdır. İdman sahəsində uzun illərdən bəri əldə etdiyimiz naliyyətlər dövlətimiz tərəfindən bu sahəyə olan diqqət və qayğının bariz təzahürüdür. Demək olar ki, bu gün dövlət başçısının xüsusi səyiilə bölgələrdə güngündən artırılan idman məktəblərinin, Olimpiya komplekslərinin açılması da buna parlaq sübutdur. Ölkənin hər yerində gənclərin idmanın istənilən növü ilə məşğul olması üçün infrastruktur yaradılıb. Buna görə bir vətəndaş olaraq ölkə başçısına və bu sahəni daim diqqətdə saxlayan bütün aidiyyatı rəhbər orqanlara minnətdarlığımı bildirirəm. Amma belə hesab edirəm ki, belə təhsil və idman müəssisələrinə peşəkar mütəxəssislərin rəhbərlik etməsi və çalışması da vacib şərtdir ki, dəfələrlə bu prinsiplərin pozulduğunun şahidi oluruq. Bildiyim şəxsi tanışlıqlardan, mənfi ambisiyalardan və tamahkarlıqlardan yaranan belə çoxsaylı mənfi faktlardan bir neçəsini oxucuların diqqətinə çatdırmaq istəyirəm.

Danışmaq istədiyim, kifayət qədər ciddi məktəb daxili problemlərin mövcud olduğu belə təhsil müəssisələrindən biri - Neftçala rayon Uşaq-Gənclər İdman və Şahmat məktəbinin direktoru Aqşin Hüseynlidir. Məhz burada işə can yandırmayan, məktəbli və yeniyetmələrin gələcəyinə biganə olan kadrların çalışması bu cür məktəbin uğurlarını kölgələyir. Adı çəkilən təhsil ocağında hərcmərclikdir, böyük mənfiliklər, xeyli çatışmazlıqlar var. Burada çalışan bəzi insanlar öz şəxsi mənafeyinə xidmət etməkdən başqa bir iş görmür.
 
Bununla bağlı redaksiyamıza məlumat göndərən mənbə bildirir ki, məktəbdə külli miqdarda dövlət əmlakı dağıdılır, mənimsənilir. Bu işdə Maliyə Hesablaşma Mərkəzinin Neftcala rayonu üzrə əlaqələndiricisinin də əli var. Bü qanunsuzluqların arxasında isə Neftçala rayonu üzrə təhsil sektorunun müdirinin dayandıgı bildirilir.


Əməkdaşımız həmin faktları araşdırır. Geniş yazını yaxın vaxtda oxuculara təqdim edəcəyik. Bizi izləyin!


Qaynarxett.az