backend

Ağstafada meşələr KÜTLƏVİ MƏHV EDİLİR - Belə davam edərsə...

Belə getsə qırmızı kitaba düşən qızıl ulğun onu qoruya bilməyənlərin günahları səbəbindən tarixin yaddaşına qovuşacaq.
DİA.AZ bildirir ki, Ağstafa rayonunun çay ətrafı ərazilərini bəzəyən ulğun ağacları bilərəkdən kütləvi olaraq işbazlar tərəfindən texnika ilə məhv edilir.


Amma nədənsə bu qoçaqlara dur deyən yoxdur. Ağstafaçayının poylu qəsəbə ilə kol xəlfəli kəndlərinin ərazisini əhatə edən yaşıl ərazi qum karxana sahibləri tərəfindən qazılaraq xammal kimi istifadəyə aparılır.
Hələ yaşıl ərazidə olan ağacları məhv etdiyi bəs etmir ərazinidə qazaraq məhv edirlər yəni qazılmış ərazi bərpa olunmadan buraxılır.


Yaşıl göl kimi tanıdığımız restoranın əhatəsində artıq böyük bir ərazidə ulğun meşəsi məhv olub.


Ekologiya nazirliyi isə vəziyyəti deyəsən sükutla izləyir, nəyi və kimi gözləyirlər bilmirik amma bildiyimiz odur ki, özlərini meşənin məhvindən xəbərsiz kimi göstərməyə çalışırlar. Təbiətin məhvinə həmi lal həmi kor olublar.


Həyacan təbili çalınıb, lakin, təbil çalanın səsi nazirlik əməkdaşlarına çatsa belə əməkdaşları qış yuxusuna gedib.
Dərə xəlvət tülkü bəydir deyib təbiətə qənim kəsilən bu şəxslərə heçbir qurum gözün üstə qaşın var demir.
Əraziyə cavabdeh olan ekalogiya nazirliyinin yerli idarəsidə nədənsə ərazidə nəzərə çarpmır.


Ancaq öz həyətindən belə bir ağac kəssən bu yaşıl vəya quru olsa belə fərqinə varmadan Ekalogiya idarəsi və polis əməkdaşları gəlir və cərimə edir.


Ama nədənsə hektarlarla ulğun ağacı məhv edildiyi halda hərkəs görməzdən gəlir.


Bu ərazidə hərgün ağacların kütləvi məhvinin miqyası daha da artır və ümid edirik artıq ağacların məhvinin qarşısını alacaq bir qurum tapılacaq nəfəsimizi nəfsi ilə kəsən bu işbazlar tez bir zamanda hüquqi cəzalarını alacaqlar.

Ağstafada meşələr KÜTLƏVİ MƏHV EDİLİR
Ağstafada meşələr KÜTLƏVİ MƏHV EDİLİR
Ağstafada meşələr KÜTLƏVİ MƏHV EDİLİR
Ağstafada meşələr KÜTLƏVİ MƏHV EDİLİR

Məsələ ilə bağlı Qaynarxett.az olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...