Bakı Slavyan Universitetinə Nurlana Əliyevadan sonra Anar Nağıyev rektor təyin edilib.Amma dəyişən elə adlar olub,iş prinsipi qalıb.Yenə də Nurlananın abu-havası var,yenə də Nurlanın adamları hökm sürürlər,yenə Nurlananın qaydaları qüvvədədir.
Digər sevimlisi müşaviri Elçin Hüseynovdur.
Hazırda BSU-nu demək olar ki, o idarə edir.Hamı Elçinin qılıncının altından keçir. Anar Nağıyev də iclaslarda hər kəsin Elçinə qulaq asmalı olduğunu bildirir, əməl etmək istəməyənləri hədələyir. Çünki müşaviri qara kassanı dolduran əsas adamlardan biridir. Nurlananın BSU-ya gətirdiyi imtahan keçirilməsi,cavabları yoxlanması qaydalarını "uğur"la tətbiq edir. BSU-da kütləvi kəsirləri dəbə salmaqla tələbələrin, elə vicdanlı müəllimlərin də qəniminə çevrilib.
İmtahan cavablarını üç dəfə yoxlatdırır və müəllimləri tələbələrin qiymətlərini aşağı salmağa məcbur edir.Yoxlamaya gələn müəllimlərin də qarşısını alır.Deyir,rektor Anar Nağıyev şəxsən özü yoxlayacaq.
Elçinə bu əməlində Nurlana Əliyevanın ən qabaqcıl kadrlarından biri-Habil Məmmədov yardımçı olur.İmtahan cavablarını 17 baldan aşağı qiymətləndirir ki, tələbələrin imtahan kəsirlərinin sayı üç minə (3000) çatsın.Hər kəsir Elçinin əli 600 manata düzəldilir. 3000-ni 600 manata vurub alınan nəticəyə baxın.Böyük təhsil biznesidir...Tələbələrin əksəri kasıb,imkanı az olan ailələrdəndilər.Onsuzda gündəlik yaşayış xərcləri asan başa gəlmir.Təhsil müəssisəsinin yataqxanası yararsız olduğuna görə rayondan gələn tələbələr kirayə ev tutub qalırlar.
Universitetdə yeməkxana olmadığı üçün güzəştli yeməkdən də məhrum olublar. Həmkarlar da buna susur. Çünki keçmiş idman müəllimi Əzim rektorun ixtiyar verdiyi adamlardan biridir. Bəzi "mühüm" məsələlər onun vasitəsilə həll olunur.
Elçin Hüseynova hegemonluğunda kömək edənlər də var. Bunlardan biri tədris şöbəsinin müdiri Nəsib Cəbrayılovdur.Keçmişdə tələbə məzun şöbəsinin müdiri işləyərkən seyfində diplomları gizlədib 200-250 manat "şirinliyə" satırmış, digəri rəqəmsal və təminat şöbəsinin müdiri Zümrüd Yolçuyevadır. Heç bir elmi dərəcəsi olmayan Zümrüd yaxın rəfiqəsi Güllü Abdullayeva ilə əl-ələ verib müəllim və tələbələrə qan uddurur,bəziləri bunların əlindən bezib işlərini tərk edirlər.
Əli (Rüstəm) Aygünlə birlikdə universitetdəki gözəl vücudlu,qamətli gənclərə göz qoyur,siyahı tutur,onları rəqqas və rəqqasəliyə cəlb edirlər.Bu tələbələr BSU-nun təşkil etdiyi,qatıldığı tədbirlərdə çıxışlar edirdilər.Onlara bunun nazirliyin tapşırığı olduğu deyilirmiş.Etiraz edən tələbələri X.Sultanova qiymətlərində güzəştlər ediləcəyi ilə şirnikləndirirmiş.Tələbələrin dediyinə görə təlim-tərbiyəyə cavabdeh Xanım Sultanova nahar fasiləsində Aygün xanımla qəlyan(nargilə) qüllablamağı çox sevirmiş.
Keçmiş "pioner vojator" Xanım qəfildən prorektor olmağının da səbəbsiz olmadığı deyilir.Onun rəqqasları əsl rəqqasları geridə qoyub müsabiqələrdə irəliləyir,özü karyerasında sıçrayış edir.
Məlum məsələdir ki, sicrayış edən xanım, "boz kordinal"-ın adamıdır və hələ də onlar himayədarlıq edirlər.
Gördüyünüz kimi,Bakı Slavyan Universiteti,onun rektoru,prorektoru,rəhbərliyi özlərinə əməlli-başlı muxtariyyət qurub öz qayda-qanunları ilə günlərini keçirirlər.Paytaxtın düz mərkəzində qocaman təhsil ocağı "boz kardinal" Ramiz Mehdiyevin "boz zona"sına çevrilib. Biz deyirik,qalanını əlaqədar təşkilatlar bilər.
Qaynarxett.az


