backend

Ağır yataq xəstəsi olmasına baxmayaraq... - ETİRAZ

DİA.AZ bildirir ki, İmişli rayonu, Cəfər kənd sakini Ərəstun Məmişov tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ağır yataq xəstəsi olmasına baxmayaraq, yeznəsinə 1-ci qrup əllillik dərəcəsi verilmir:

"Mən, Ərəstun Məmişov, yazaraq sizdən xahiş edirəm ki, problemimizi işıqlandırasınız.

1 il 3 aydır ki, heç kəsi olmayan yeznəmə mən və ailəm baxır. Videodada gördüyünüz kimi, yeznəm Əliyev Rasət Əsədulla oğlu ağır yataq xəstəsidir. İmişli rayon Mərkəzi Xəstəxanasının tibbi eksperti Anar həkimin bizə lazımi diaqnozu verməsinə baxmayaraq, TƏBİB bunu təsdiq etmir ki, müalicə ilə düzələn xəstəlikdir. Onda, belə xəstəni müalicə edən həkim versinlər ki, xəstənin vəziyyəti düzəlsin.

Yeznəm lal, kar idi, indi isə iflic xəstəsidir. SSRİ vaxtından bu insan II qrup əlil olub, indi ona I qrup verilmir. Xahiş edirəm belə xəstələrin haqqını versinlər".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq, məsələnin araşdırılacağı bildirildi.