backend

Ağsu Rayon Məhkəməsindən Məhkəmə-Hüquq Şurasına və Vəkillər Kollegiyasına ŞİKAYƏT - BURA BAZARDIR?

Xəbər vemişdik ki, Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində qeydiyyaytda olan Əsədov Adil Əsəd oğlu adminstrator işlıdiyi Ağsu rayonunda yerləşən "Şöhlətoğlu" isdrahət mərkəzində bir necə işcini aldadaraq külli miqdarda pulunu mənimsəyib. Hazırda onların şikayəti üzrə açılan iş Ağsu rayon məhkəməsində araşdırılır. Xatırldırıq ki, Əsədov Adil Əsəd oğlu AR Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4 maddələri ilə təqsirləndirilir.
BİA.az-a şikayət edən zərərçəkmiş Qurbanova Sürəyya Əyyub qızı Goranboy rayon qeydiyyatındadır. Deyir ki, ailə başçısını itirəndən sonra tənha ana kimi oğlunu min əzaba qatlaşmaqla böyüdüb. İndi də nəvələri ilə qayğılanır. Deyir ki, Mingəçevir şəhərində kafelərin birində baş aşpaz işləyirmiş. 2019-cu ilin mart ayında Adilin yağlı vədlərinə aldanaraq iş yerini “Şöhlətoğlu”ya dəyişir. Adil ona ilk iki ayın maaşını ödədikdən sonrakı vaxtda ödənişi qırıq-qırıq etməyə başlayıb. Ən nəhayət, ümumiyyətlə ödəniş etməyib. Ümumilikdə 560 (beş yüz altmış) manat zəhmət haqqını mənimsəyib. Zənglərə cavab verməyib, telefonu açanda isə təhqiramiz ifadələrlə cavab verib, “get, hara istəyirsən, şikayət et” deyib. Sürəyya xanım Adili polisə şikayət edib. Daha sonra iş prokurorluğa, nəhayət, Ağsu rayon məhkəməsinə ötürülüb.
Qurbanova Sürəyya Əyyub qızı bildirir ki, hazırda həmin iş Agsu rayon məhkəməsində aparılır. Ancaq şikayətci oldugu Əsədov Adil Əsəd oğlunun vəkili ona qarşı qərəzli mövqe tutur: "Kecən məhkəmədən sonra ona yaxınlaşıb xaiş etdim ki, yaşlı qadınam, mənə qarşı bu qədər qərəzli davranmasın. O isə elə bil bunu gözləyirmiş, səsini ucaldıb mənə agzına gələni dedi. Məni təhqir edib "böhtancı" adlandırdı. Mən mədəni onun cavabını verdim. O isə ustumə yeryib az qalmışdı məni vursun. Yaxşı ki, nəzarətcilər onun qarşısına kecib mane oldular."
 “Şöhlətoğlu” ailəvi istirahət mərkəzinin təmsilcisi Ağamalıyev Tohid Əliş oğlu da Adil Əsədovun vəkili ??????? şikayətçidir: "Bu adam elə bil vəkil yox, dövlət ittihamcısıdır. Söz almamış, yeri gəldi, gəlmədi zərərcəkmişlərin sözünü kəsir, məsələyə aidiyyatı olmayan suallar verir, bəzən kobud hərəkətlər edir. Başa düşülən deyil ki, bura bazardır, hakim niyə ona hec bir irad bildirmir."



Hər iki şikayətci sonda bildirdilər ki, Agsu rayon məhkəməsini sədri Babək Qasımovdan Məhkəmə-Hüquq Şurasına, Vəkil ?????? isə Vəkillər Kollegiyasına şikayət edəcəklər.


BİA.az