backend

Cəlilabadda Həziabad kənd tam orta məktəbi başlı-başına buraxıb? - İTDİHAM

Cəlilabad rayon Həziabad kənd tam orta məktəbinin direktoru Sultanağa Ağayev məktəbi başlı-başına buraxıb?

Qaynarxett.az-ın elektron poctuna daxil olan məlumatda bildirilir ki, "Cəlilabad rayon Həziabad kənd tam orta məktəbinin direktoru şagirdlərdən hər ay pul yıgılır. Məktəbin direktoru Sultanağa Ağayev elə bil məktəb başlı başına buraxıb. Kənd camaatı arasında sorgu apardıq. Məlum oldu ki, müəllimlər vaxtında işə gəlmir, dərslər vaxtında keçirilmir. Şagirdlərin dərslərə davamiyyəti aşagı səviyyədədir. Xahiş edirik Regional təhsil idarəsi və rayon üzrə təhsil sektor bu barədə açıqlama versin."

Həziabad kənd tam orta məktəbinin direktoru Sultanağa Ağayev ilə telefon əlaqəsi yaratmaq cəhtimiz baş tutmadı.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.