backend

Lənkərandakı qalmaqallı 4 nömrəli məktəb-liseydə yenə "köhnə hamam, köhə tas"dır - Direktor verdiyi sözü UNUTDU



Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli məktəb-liseydə yenə qanunsuzluqlar hökm sürür.

Qaynarxett.az-ın elektron poctuna daxil olan məlumatda bildirilir ki, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli məktəb-liseydə qanunsuzluqlar baş alıb gedir: "Səadət Kazimova qalmaqallı 4 nömrəli məktəb-liseyə direktor təyin olunanda ilk gündən kollektivə söz verdi ki, köhnə direktorun yol verdiyi nöqsanları aradan qaldıracaq, məktəbdə yüksək nizam-intizam yaradacaq, təhsilin keyfiyyətini yüksək səviyyəyə catdırmaqla məktəbi şəhərdə birincilər sıxasına cıxaracaq. Ancaq cox təssüf ki, Səadət xanımın dedikləri söz olaraq qaldı. Hazırda məktəbdə necə deyərlər "köhnə hamam, köhə tas"dır. Məktəbdə dərsə davamiyyət yenə zəifdir, 10-11 sinif sagirdləri məktəbə gəlmir, əksəriyyəti repititor yanına gedirlər.
Valideynlər və şagirdlərlə apardığımız sorğu zamanı aydın oldu ki, bu məktəb direktoru ayda bir dəfə şagirdlərdən pul yığır. Hər dəfə bir bəhanə ilə uşaqlara pul gətirməli olduğu bildirilir. Sizdən xahiş edirik ki, Cənab prezidentimizin göstərişi əsasında bu kimi qanunsuzluqlara qadağa qoyulduğuna baxmayaraq qərarların üstünə xətt çəkib özü üçün "qanun layihəsi" yaradan direktor haqqında Səadət Kazimova araşdırma aparılsın."

Məktəbin direktoru Səadət xanımla telefon əlaqəsi yaratmaq cəhtimiz baş tutmadı.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.