backend

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

Ağdam rayon Rəfi Qasımov adına Paşabəyli kənd tam orta məktəbinin direktoru barədə ciddi itdihamlar irəli sürülür

Qaynarxett.az-ın elektron poctuna daxil olan məlumatda bildirilir ki, Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində qanunsuzluqlar baş alıb gedir: "Məktəbinin direktoru Şövqiyə Quliyeva şagirdlərdən müxtəlif bəhanələrlə hər ay pul yıgır. Müəllimlər vaxtında işə gəlmir, dərslər vaxtında keçirilmir. Yuxarı siniflərdə bir cox şagirdlər dərsə gəlmir, ancaq nədənsə onlara "qayıb" yazılmır. Məktəbdə nizam-intizam aşagı səviyyədədir. Ancaq bu hal məktəb direktorunu narahat etmir."

Kənd sakinləri adından daxil olan məlumatda daha sonra qeyd olunur ki, Qarabağ Regional Təhsil İdarəsinin Ağdam rayonu üzrə təhsil sektorunun müdiri Tahir Abbasov tərəfindən göstərilən faktların aradan qaldırılması ücün ciddi tədbirlər görülsün.

Araşdırmamız davam edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.