Bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə o, öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib. Ölkəmizdə 30 mindən çox görmə qüsurlu şəxs var. Bildiyimiz kimi Azərbaycanda dövlət səviyyəsində gözdən əllillərə diqqət və qayğı göstərilir.Dövlətimizin əlilliyi olan şəxslərə göstərdiyi diqqət və qayğı gözdən əlil insanları da əhatə edir və bu təbəqədən olan vətəndaşların etibarlı sosial müdafiəsinin təmin olunması, onların reabilitasiyası istiqamətində tədbirlər ilbəil güclənir. Ölkəmizdə gözdən əlillər digər əlilliyi olan şəxslər kimi aylıq sosial müavinətlərlə təmin edilirlər. Bu təbəqədən olan insanların cəmiyyətə inteqrasiya imkanlarının artırılması və ictimai həyatın bütün sahələrində iştirakına şəraitin yaradılması yönündə Heydər Əliyev Fondu tərəfindən mühüm işlər görülür. Fond tərəfindən müvafiq layihə çərçivəsində gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadə imkanlarına malik olmaları üçün respublikamızın ayrı-ayrı bölgələrində Regional İnformasiya Mərkəzləri yaradılıb.
Akademik Zərifə Əliyeva adına Milli oftalmologiya Mərkəzinin həyata keçirdiyi layihələr də dövlət proqramlarının bir tərkib hissəsidir.
Yazgül Abdiyeva
“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb elmlər doktoru.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / maraqli
banner / gundem / maraqli
banner / gundem / maraqli
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət








