Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları və İcmanın rəsmi şəxsləri iştirak
ediblər.
Qubadan millət vəkili, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə qonaqlara Quba haqqında ətraflı məlumat verib. Deputat bildirib ki, Quba tarixən coğrafi mövqeyinin gözəlliyi, qədim və zəngin tarixi, milli tərkibinin müxtəlifliyi ilə seçilən bir yaşayış məskənidir. Qubanın bu şəkildə tolerantlığı, təbiətinin əlverişli və torpaqlarının münbit olması Qərbi azərbaycandan köçmüş soydaşlarımızın da tarixən üz tutduğu və məskunlaşdığı bir diyar olubdur. Hazırda Qubada minlərlə qərbi azərbaycanlı soydaşımız yaşayır. Odur ki, bizim bu gün fəaliyyəti ilə tanış olduğumuz Quba nümayəndəliyi Qərbi azərbaycanlı soydaşlarımızla əməli şəkildə əlaqələr yaratmaqla bu yöndə təqdirəlayiq işlər görməyə başlanılıb.
Quba nümayəndəliyinin fəaliyyətindən məmnunluğunu bildirən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova (Nağıqızı) qeyd edib ki, ölkə başçısı, cənab Prezidentimiz İlham Əliyev öz çıxışlarında dəfələrlə açıq şəkildə vurğulayıb ki, Qərbi azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmaq hüququna malikdirlər və qayıdacaqlar. Cənab Prezidentimizin birbaşa tövsiyəsi və rəhbərliyi ilə yaradılan Qərbi Azərbaycan İcması bu istiqamətdə mühüm işlər görür. Çünki Qərbi Azərbaycan bizim tarixi yaddaşımızın və milli kimliyimizin ayrılmaz və unudulmaz bir hissəsidir. Soydaşlarımızın əsrlərlə yaşamış olduğu tarixi əraziləri, milli-mənəvi dəyərləri, irsi bu gün də yaddaşlarda yaşayır. Bu baxımdan, icmanın Quba rayonundakı nümayəndəliyi də bu sahədə səmərəli və məqsədyönlü işlər görür. Mahirə xanım sonda İcmanın İdarə Heyətinin üzvü kimi nümayəndəliyin fəaliyyətindən razı qaldığını xüsusi olaraq vurğulayıb, nümayəndəliklə görüş və əlaqələrinin daha da sıx və mütəmadi olacağını bildirib.
Millət vəkili, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, millət vəkilləri Sadiq Qurbanov, Fatma Yıldırım və Məhəbbət Vəliyeva da nümayəndəliyin işgüzar fəaliyyəti haqqında xoş təəssüratlarını bildiriblər.
ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmləri doktoru Könül Hüseynova nümayəndəliyin gələcək fəaliyyətinə uğurlar diləyib.
ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev rəhbərlik etdiyi təhsil ocağının müəllim və tələbə heyəti ilə nümayəndəliyin mütəmadi olaraq görüşlərinin keçirilməsinin əhəmiyyətindən bəhs edib, bu istiqamətdə əməli işlər görülməsini və qarşılıqlı olaraq fəaliyyətin vacib olduğunu bildirib.
Sonda qonaqlar tərəfindən nümayəndəliyin kitabxanasına qiymətli kitablar hədiyyə edilib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Sosial / Təhsil
gundem / Sosial
gundem / Sosial





