Ucar rayon sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Biz, Ucar rayonunun sakinləri olaraq bildiririk ki, “Azərqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Qaz Xidməti Sahəsinin müdiri Məlikməmməd Mehdiyev tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək abonentlərə faktiki sərfiyyatdan bir neçə dəfə artıq qaz borcu yazır.Bu səbəbdən yüzlərlə abonent ciddi maddi çətinliklərlə üz-üzə qalıb. Əvvəlki aylarda hər ayın 1-i və ya 2-si tarixində abonentlərə yazılı bildiriş qəbzləri təqdim edildiyi halda, 2026-cı ilin yanvar ayında heç bir bildiriş verilməmiş, yalnız telefonlara SMS göndərilmişdir.Bu addım bilərəkdən atılıb və məqsəd şişirdilmiş borcların izini itirmək, vətəndaşların etiraz imkanlarını məhdudlaşdırmaqdır. Abonentlərə verilən izahlar isə qeyri-müəyyəndir və başa düşülən formada deyil. Belə ki, vətəndaşlara guya ilin sonu olduğu üçün qaz sərfiyyatının 1 kubmetri 24 qəpikdən hesablandığı deyilir. Bu iddia tamamilə yalandır və saxtakarlıqdır.
Daha ciddi hal isə ondan ibarətdir ki, evində olmayan, qazdan istifadə etməyən abonentlərə belə şişirdilmiş borclar yazılmış, bu borclar barədə yalnız SMS vasitəsilə məlumat verilib.
Qeyd edirik ki, Məlikməmməd Mehdiyev bu vəzifəyə təyin olunduqdan sonra Ucar rayonunda qazla bağlı kütləvi narazılıqlar yaranmış, vətəndaşlarla davranışda kobudluq və özbaşınalıq halları artmışdır. Eyni zamanda bildiririk ki, Məlikməmməd Mehdiyevin əvvəllər məhkumluğu olub, vəzifəyə təyin edilərkən məhkumluğunun olmadığı barədə saxta arayış təqdim edib, ali təhsil diplomu şübhə doğurur və onun Göyçay Qaz Xidməti Sahəsində müdir işlədiyi dövrdə korrupsiya əməlləri ilə məşğul olmasına dair konkret sübutlar mövcuddur.
Biz aidiyyəti qurumlardan xahiş edirik ki, bu faktlar obyektiv şəkildə araşdırılsın, qanunsuz hesablanan borclar ləğv edilsin və məsul şəxslər barəsində qanunauyğun tədbirlər görülsün..."
OXŞAR XƏBƏRLƏR
Sosial
Sosial
gundem / Sosial
gundem / Sosial
gundem / Sosial













