backend

Azərbaycanda DƏHŞƏTLİ OLAY: 10 yaralı var (YENİLƏNİB)

Ucarda baş verən yol qəzasında xəsarət alanların sayı on nəfərə çatıb.
Turantv.az APA-ya istinadla xəbər verir ki, onlardan səkkiz nəfərin şəxsiyyəti məlumdur.
Bunlar – “Mercedes”in sürücüsü Rəşad Lətifov, onun sərnişini Bənurə adlı xanım, “Toyuta”nın sürücüsü Cəlal Cəfərov, sərnişinləri – 1968-ci il təvəllüdlü Mehparə Xudayeva, 1956-cı il təvəllüdlü Solmaz Xudayeva, Qazağıstan vətəndaşları – 2000-ci il təvəllüdlü Rutkay Ceylan, anası 1975-ci il təvəllüdlü Marqarita Ceylan və atası Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Riza Ceylandır.
Hələlik 2 nəfərin şəxsiyyəti dəqiqləşməyib.
***
Saat: 16:59

Ucarda 7 nəfərin xəsarəti ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
32gun.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsində baş verib.
Rəşad Lətifovun İdarə etdiyi “Mercedes” və Cəlal Cəfərovun idarə etdiyi “Toyota Carolla” markalı minik avtomobilləri Sərvan Ağayevin yol kənarında saxladığı “Mercedes” markalı minik maşınına çırpılıb.
Nəticədə 7 nəfər xəsarət alıb. Onlardan ikisi Zərdab Mərkəzi Rayon Xəstəxanasına, beşi isə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ucarda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb - FOTOUcarda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb - FOTOUcarda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb - FOTOUcarda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb - FOTOUcarda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb - FOTOUcarda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb - FOTOUcarda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb - FOTO