Qaynarxett.az xəbər verir ki, görüş və qəbul zamanı vətəndaşların müraciətləri əsasən kəndin qazlaşdırılması, elektrik təchizatının yaxşılaşdırılması, məşğulluq, sosial problemlər və digər aktual məsələlərlə bağlı olub. Sakinlərin qaldırdığı məsələlər diqqətlə dinlənilib, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq qurumlara yönləndirilməsi üçün qeydə alınıb.
Deputat Sevinc Hüseynova səfər çərçivəsində hər iki valideyn himayəsindən məhrum olmuş iki azyaşlı nəvəsini boya-başa çatdıran fədakar ana, Plankənd kənd sakini Kifayət Rzaquliyevanın yas mərasimində də iştirak edib, ailəyə dərin hüznlə başsağlığı verib.









