Kəndlərində girişində önəmli yol nişanları yoxdur.
Qaynarxett.az xəbər verir ki, deputat Fariz İsmayılzadə Milli Məclisin bugünkü plenar iclasında bildirib ki, “Yol hərəkəti haqqında” qanunun 66-cı maddəsinə məlumatverici və göstərici nişanlar haqqında danışılır.
“Bu nişanlar yaşayış məntəqələrinin və digər obyektlərin yerləşməsi, onların adları və keçmə qaydaları barədə məlumat verir. Bu nişanlar sürücülərə kəndin adını, məsafəsini və ya istiqamətini göstərmək üçün yolların kənarında yerləşdirilir, məntəqənin ərazisinə giriş-çıxışı tənzimləyir və sürücüyə yaşayış məntəqəsinə çatdığını xəbər verir. Bütün bunlar yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədi daşıyır, xüsusilə tarixi və turistik yerlərin tapılmasını asanlaşdırır.
Təəssüf ki, bəzi yerlərdə bu vacib yol nişanları kəndlərin girişində mövcud olmur və ya dağıdılmış, oxunması çətin vəziyyətdə olur. Bəzən yolların kənarında yerləşən market və mağazaların adları daha böyük və aydın görünür, nəinki bu vacib yol nişanları. Nəticədə sürücülərin işi çətinləşir, yol təhlükəsizliyi isə risk altına düşür.
Bu məsələ xüsusilə Prezidentin elan etdiyi “Şəhərsalma və Memarlıq ili” çərçivəsində öz aktuallığını göstərir. Müvafiq icra hakimiyyəti orqanlarının bu problemə diqqət yetirməsini xahiş etmək istəyirəm” – deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Sosial
gundem / Sosial / Təhsil
gundem / Sosial
gundem / Sosial








