backend

Sahib Aliyev Ağdaşda rayon ağsaqqalları ilə görüş keçirdi

Milli Məclisin deputatı Sahib Əliyev bu gün Heydər Əliyev Mərkəzində rayonun ağsaqqalları ilə görüş keçirib.

Qaynarxett.az xəbər verir ki, görüş zamanı ölkədə və regionda baş verən ictimai-siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb. Deputat çıxışında dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasət kursu, sosial-iqtisadi inkişaf istiqamətində görülən işlər barədə məlumat verib, eyni zamanda Milli Məclisdəki fəaliyyəti haqqında ağsaqqalları məlumatlandırıb.

Səmimi mühitdə keçən görüşdə ağsaqqallar öz təklif və tövsiyələrini səsləndiriblər. Sahib Əliyev ağsaqqal sözünün hər zaman dəyərli olduğunu vurğulayaraq, onların fikir və məsləhətlərini böyük məmnuniyyətlə dinlədiyini bildirib.

Deputat görüşün təşkilinə görə Ağdaş Rayon Ağsaqqallar Şurasının sədri Qalib Həsənova təşəkkürünü ifadə edib.