Qaynarxett.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Bakıda keçirilən Türkiyə - Azərbaycan - Gürcüstan Parlamentlərinin Xarici Əlaqələr Komitələrinin 10-cu Üçtərəfli Toplantısında bildirib.
O qeyd edib ki, Cənubi Qafqaz regionunda sülh və sabitlik Türkiyə üçün hər zaman prioritet təşkil edib:
"Region ölkələri onilliklər davam edən münaqişələrdən sonra bu gün davamlı sülhün bərqərar edilməsi və firavan Cənubi Qafqazın qurulması üçün tarixi fürsətlə üz-üzədir. Azərbaycan–Ermənistan sülh prosesinin uğurla başa çatdırılmasını güclü şəkildə dəstəkləyirik. Azərbaycan ilə Ermənistan arasında atılan son addımların etimadın möhkəmləndirilməsinə töhfə verdiyini görürük".




