Qaynarxett.az xəbər verir ki, tədbirdə Milli Məclisin komitə sədri, Gürcüstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev çıxış edərək, qanunvericilik orqanlarında fəaliyyət göstərən dostluq qruplarının ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, deputatlar arasında aparılan müzakirələr, qarşılıqlı səfərlər və birgə tədbirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişlənməsinə ciddi töhfə verir.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd olunub, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin regional əməkdaşlıq baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Tərəflər gələcəkdə birgə layihələrin və qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Sonda nümayəndə heyətləri arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi bildirilib.




