26 fevral – Azərbaycan tarixinin ən faciəli və unudulmaz səhifələrindən biri olan Xocalı soyqırımının ildönümü ilə bağlı Milli Məclisin deputatı Fatma Yıldırım sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi tarixə həkk olunub. Ermənistan silahlı qüvvələrinin, keçmiş sovet ordusunun 366-cı motoatıcı alay ilə birlikdə həyata keçirdiyi hücum nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar və ahıllar xüsusi qəddarlıqla qətlə yetirilib.
Qeyd olunub ki, rəsmi statistikaya əsasən, 613 nəfər öldürülüb, minlərlə insan yaralanıb, əsir və girov götürülüb, ailələr tamamilə məhv edilib. “Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayət bütün insanlığa və bəşəri dəyərlərə qarşı yönəlmiş ağır vəhşilik aktıdır”, – deyə paylaşımda vurğulanıb.
Deputat xatırladıb ki, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən “Xocalı soyqırımı günü haqqında” qərar qəbul olunaraq faciəyə siyasi-hüquqi qiymət verilib. Hər il fevralın 26-da saat 17:00-da ölkə ərazisində sükut dəqiqəsi elan olunur və şəhidlərin xatirəsi dərin ehtiramla yad edilir.
Paylaşımda o da qeyd edilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası faciənin dünya miqyasında tanıdılması istiqamətində mühüm rol oynayır və bir sıra ölkələrin parlamentləri tərəfindən qəbul olunmuş qətnamələr bu fəaliyyətin nəticəsidir.
Fatma Yıldırım vurğulayıb ki, 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbə 30 illik ədalət mübarizəsinin şanlı yekunu olub. 2023-cü ildə Xocalı şəhərində Azərbaycan Bayrağının ucaldılması tarixi ədalətin bərpasının rəmzinə çevrilib.
Deputat əlavə edib ki, 2025-ci ildə Prezident İlham Əliyev tərəfindən “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamın imzalanması şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımdır.
“Xocalı şəhidlərinin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə deputat paylaşımında bildirib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət


