“Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı Azərbaycan dövlətinin tarixə, milli yaddaşa və ədalət anlayışına münasibətinin bariz nümunəsidir. Prezident İlham Əliyevin Xocalıda səsləndirdiyi fikirlər bu yanaşmanın mahiyyətini açıq şəkildə ortaya qoydu: ədalət geciksə də, mütləq bərpa olunur. Otuz ildən artıq müddətdə Xocalı faciəsi beynəlxalq müstəvidə ya görməzlikdən gəlinmiş, ya da qəsdən təhrif olunmuşdu. Ermənistanın məqsədi yalnız cinayəti törətmək deyil, həm də onu unutturmaq idi. Lakin Azərbaycan dövləti bu ssenari ilə barışmadı. Dövlət diplomatiyası, vətəndaş cəmiyyəti və xüsusilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət!” təşəbbüsü informasiya blokadasını yararaq həqiqətləri dünyaya çatdırdı. Bu proses təkcə tarixi faktların tanıdılması deyil, beynəlxalq ədalət anlayışının vicdan qarşısında imtahanı idi.”
Bunları 26 fevral Xocalı Soyqırımı Günü ilə bağlı verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Deputat fikirlərini davam etdirərək Xocalıya gedən yolun mərhələli və çətin olduğunu vurğulayıb: “Əvvəlcə həqiqətlərin tanıdılması, sonra siyasi mövqelərin möhkəmləndirilməsi, ardınca isə hərbi-siyasi reallığın dəyişdirilməsi baş verdi. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan yalnız torpaqlarını deyil, öz haqlı mövqeyini də bərpa etdi. Ardınca Xocalının azad edilməsi və müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması göstərdi ki, Azərbaycan dövləti öz xalqına qarşı törədilmiş cinayətləri nə unudur, nə də bağışlayır.
Bu gün Xocalıda ucaldılan memorial göstərir ki, Azərbaycan faciələrin arxasınca ağlayan yox, ədaləti özü təmin edən dövlətdir. Bu, həm keçmişin dərsi, həm də gələcəyin təminatıdır. Dövlət başçısının çıxışında mühüm məqamlardan biri də ədalətin artıq siyasi bəyanat yox, real nəticə ilə tamamlanması idi. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı və rəşadəti sayəsində xalqın illərlə içində yığılıb qalan ədalət tələbi gerçəyə çevrildi. Cənab Prezidentin vurğuladığı kimi, bu, təkcə hərbi qələbə deyil, həm də hüquqi və mənəvi qələbə idi. Xocalı Soyqırımı Memorial Kompleksinin məhz Xocalı şəhərində ucaldılması dərin məna daşıyır. Bu, doğma torpaqlarından didərgin salınmış insanların səbrinin, inamının və dövlətə bağlılığının boşa getmədiyini göstərir. Xocalı sakinləri üçün bu abidə itkilərin xatirəsi ilə yanaşı, qayıdışın və dirçəlişin rəmzidir. Prezidentin çıxışında bu insanların yaşadığı ağrılara göstərilən həssas münasibət dövlətlə vətəndaş arasında möhkəm mənəvi bağın ifadəsidir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət




