İftar süfrəsi arxasında səmimi söhbətlər aparılıb, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Deputat bildirib ki, Ramazan ayı birlik, mərhəmət və paylaşma ayıdır və bu müqəddəs günlərdə şəhid ailələri ilə eyni süfrəni bölüşmək xüsusi mənəvi əhəmiyyət daşıyır.
“Ramazan ayının mərhəmət duyğuları bizi şəhid ailələri ilə iftar süfrəsi arxasında bir araya gətirdi. Onlarla eyni süfrəni bölüşmək, səmimi söhbətlər aparmaq və şəhidlərimizin xatirəsini ehtiramla yad etmək bizim üçün olduqca qürurvericidir”, – deyə deputat qeyd edib.
Sonda bütün şəhidlərin ruhuna dualar oxunub və Allahdan onlara rəhmət dilənib.







