Prezident İlham Əliyevin dəfələrlə “Məmurlar vətəndaşlara xidmət etməlidir, onları incitməməlidir” çağırışına və bu yöndə nümayiş etdirdiyi siyasi iradəyə Masallıda aşkar şəkildə meydan oxunur. Rayonun bəzi məmurları və bələdiyyə sədrləri sanki özlərini dövlətin qanunlarından üstün tutaraq, vətəndaşı cana yığmaqla, rüşvət qarşılığında “torpaq bazarı” açmaqla məşğuldurlar.
YOLU BAĞLANAN VƏTƏNDAŞIN FƏRYADI: “AÇAR NATİQ MAHMUDOVDADIR”
Redaksiyamıza müraciət edən Masallı rayon sakini Əbilov Mahir Aslan oğlu başına gətirilən rüsvayçı hadisələri nəql edərkən dövlət idarəçiliyindəki boşluqları və bəzi şəxslərin özbaşınalığını çılpaqlığı ilə ortaya qoyur. Vətəndaşın qanuni yolunun qonşular tərəfindən kəsilməsi və buna bələdiyyənin şərait yaratması məsələnin yalnız görünən tərəfidir.
Əsas biabırçılıq Masallı Əmlak İdarəsinin əməkdaşı Soltan Nəsirovun vətəndaşa qarşı işlətdiyi ifadələrdədir. Soltan Nəsirov vətəndaşa və onun həyat yoldaşına açıq şəkildə deyib:
”Bura Əmlak Komitəsinin sədri Mətin Eynullayev də gəlsə, bu yol açılmayacaq. Bu yolun açarı Natiq Mahmudovdadır.”
Bu nə deməkdir? Bir idarə əməkdaşı hansı cürətlə yuxarı rəhbərliyin adından bu cür danışır? Dövlətin xəritəsində yol olan ərazini kiminsə “şəxsi mülkünə” çevirmək və “açar filankəsdədir” deyərək vətəndaşı ələ salmaq hansı xidmət mədəniyyətinə sığır?
STRATEJİ XƏTLƏR ÜZƏRİNDƏ TİKİNTİ: SOLTAN NƏSİROV FACİƏYƏ ZƏMİN HAZIRLAYIR?
Məsələ təkcə yolun bağlanması ilə bitmir. Əldə etdiyimiz məlumatlara görə, Soltan Nəsirovun qanunsuz “razılığı” ilə magistral qaz kəmərinin və Avropaya gedən beynəlxalq 4 rəqəmli rabitə kabelinin düz üzərində mağaza tikintisinə şərait yaradılıb.
Bu, sadəcə korrupsiya deyil, həm də dövlət təhlükəsizliyinə xəyanətdir! Beynəlxalq əhəmiyyətli kabelin və yüksək təzyiqli qaz kəmərinin üzərində mağaza tikilməsinə hansı əsasla icaze verilib? Sabah orada hər hansı bir partlayış və ya qəza baş versə, yüzlərlə insanın həyatı təhlükəyə düşsə, Soltan Nəsirov və Eynəli Məmmədov məsuliyyəti öz üzərinə götürəcəkmi? Yoxsa topladığı rüşvətlərlə aradan çıxmağı planlaşdırır?
BƏLƏDİYYƏ SƏDRİNİN “XANLIQ” İDDİASI
Lürən Bələdiyyəsinin sədri Eldəniz isə vətəndaşa qarşı daha kəskin və qanunsuz mövqe nümayiş etdirir. Vətəndaşın iddiasına görə, bələdiyyə sədri “Haraya deyirsən de, dövlət rayonu mənə tapşırıb, torpağı istədiyim kimi paylayıram” deyərək özünü qanunvericilikdən üstün hesab edir. Bu, birbaşa prezidentin siyasətinə qarşı çıxmaq, yerlərdə özbaşına “xanlıqlar” qurmaq cəhdidir.
Vətəndaşların haqlı narazılığı fonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun qəbulunda olsa da, məsələ hələ də həllini tapmayıb. Vətəndaşın işıq dirəkləri üçün 2700 manat ödəniş etməsinə baxmayaraq, süni maneələrlə üzləşməsi rüşvət zəncirinin nə qədər dərin olduğunu göstərir.
FHN VƏ HÜQUQ-MÜHAFİZƏ ORQANLARI HƏRƏKƏTƏ KEÇMƏLİDİR!
Buradan aidiyyatı qurumlara səslənirik:
Fövqəladə Hallar Nazirliyi (FHN): Masallı şöbəsi strateji qaz kəməri və beynəlxalq rabitə xətti üzərindəki bu qanunsuz tikintini təcili araşdırmalıdır.
Daxili İşlər Nazirliyi və Prokurorluq: Vətəndaşın yolunu kəsən, onu təhqir edən və rüşvət qarşılığında dövlət əmlakını talayan şəxslərin əməllərinə hüquqi qiymət verilməlidir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti: Adı çəkilən əməkdaş Soltan Nəsirovun “açar” söhbəti və vəzifə səlahiyyətlərini aşması araşdırılmalıdır.
Vətəndaşın cibinə göz dikən, dövlət maraqlarını öz şəxsi mənafelərinə qurban verən məmurlar bilməlidirlər ki, heç kim toxunulmaz deyil! Biz bu mövzunu diqqətdə saxlayacaq və hadisələrin gedişatını ictimaiyyətə çatdıracağıq.
Referans Media olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.