Qaynarxett.az xəbər verir ki, görüş zamanı tələbələrlə səmimi fikir mübadiləsi aparılıb, onların riyaziyyata olan marağı, bilik səviyyəsi və analitik düşünmə qabiliyyəti yüksək qiymətləndirilib. Deputat gənclərin əldə etdiyi nailiyyətlərin ölkənin elmi potensialının inkişafında mühüm rol oynadığını vurğulayıb.
Bildirilib ki, riyaziyyat sahəsində yetişən gənc kadrlar Azərbaycanın gələcək elmi uğurlarının əsasını təşkil edir. Görüş iştirakçıları da öz növbəsində qarşıya qoyduqları hədəflərdən, beynəlxalq olimpiadalara hazırlıq prosesindən və gələcək planlarından danışıblar.
Sonda belə görüşlərin gənclərin motivasiyasının artırılması və onların daha böyük nailiyyətlərə çatması baxımından əhəmiyyətli olduğu qeyd olunub.
Sonda deputat Pərvin Kərimzadə tələbələrlə birgə xatirə fotosu çəkdirib.






