backend

Sahib Alıyev Ağdaşın Dəhnəxəlil kəndində seçicilərlə görüş keçirib

Bu gün Milli Məclisin deputatı Sahib Alıyev Ağdaş rayonunun Dəhnəxəlil kəndində seçicilərlə görüş keçirib.

Görüş zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onların gündəlik sosial problemləri, infrastruktur, məşğulluq və digər məsələlərlə bağlı fikirləri müzakirə olunub. Seçicilər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla əlaqələndirmə aparılacağı bildirilib.
Deputat görüş çərçivəsində vətəndaşların problemlərinin operativ şəkildə araşdırılmasının və həlli üçün müvafiq addımların atılmasının vacibliyini qeyd edib. O, seçicilərlə mütəmadi görüşlərin davam etdiriləcəyini də vurğulayıb.
Görüşün sonunda bir sıra sosial xarakterli müraciətlər qeydə alınıb və onların həlli istiqamətində iş aparılacağı bildirilib.