Mayın 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.
İclasda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanununa təklif edilən dəyişikliklər müzakirə olunub.
Deputat Fatma Yıldırım çıxış edərək bildirib ki, təqdim olunan dəyişikliklər ölkədə ekoloji tarazlığın qorunması ilə yanaşı, aqrar sektorun dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən birinə çevrilib və bu sahədə ardıcıl islahatlar həyata keçirilir.
Deputat qeyd edib ki, torpaq resurslarından səmərəli istifadə, müasir texnologiyaların tətbiqi və məhsuldarlığın artırılması mövcud çağırışlar sırasındadır. Təklif olunan qanun layihəsinin də məhz bu məqsədlərə xidmət etdiyi vurğulanıb.
Bildirilib ki, mövcud qanunvericiliyə əsasən yaşıllıqların götürülməsi yalnız məhdud hallarda mümkün olsa da, əkin təyinatlı torpaqlarda kənd təsərrüfatı fəaliyyətinə mane olan ağac və kolluqların aradan qaldırılması ilə bağlı hüquqi mexanizmin olmaması praktik çətinliklər yaradırdı. Bu isə torpaqların əkin dövriyyəsinə cəlb edilməsini, müasir suvarma sistemlərinin qurulmasını və aqrotexniki tədbirlərin effektiv icrasını məhdudlaşdırırdı.
Eyni zamanda vurğulanıb ki, layihədə ekoloji balansın qorunması da diqqətdə saxlanılıb. Ağacların kəsilməsi ilə bağlı mövcud prosedurların qorunması, aidiyyəti icra qurumlarının rəylərinin nəzərə alınması və bərpa mexanizmlərinin tətbiqi bu sahədə nəzarəti təmin edir. Kollarla bağlı isə daha çevik məlumatlandırma mexanizminin tətbiqi operativ və praktik yanaşma kimi qiymətləndirilib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Sosial / Təhsil



