Milli Məclisin deputatı Ülviyyə Ağayeva növbəti vətəndaş qəbulu keçirib.
Qəbul zamanı müraciət edən vətəndaşlar fərdi qaydada dinlənilib, onları narahat edən sosial, məişət və digər məsələlər ətrafında müzakirələr aparılıb. Deputat hər bir müraciətin diqqətlə araşdırılacağını və qaldırılan problemlərin həlli istiqamətində zəruri addımların atılacağını bildirib.
Ülviyyə Ağayeva qeyd edib ki, vətəndaşların qaldırdığı məsələlərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər ünvanlanacaq və həmin müraciətlərin icrası nəzarətdə saxlanılacaq.
Deputat vurğulayıb ki, vətəndaşlarla birbaşa ünsiyyət onların problemlərinin operativ şəkildə öyrənilməsi və həlli baxımından mühüm əhəmiyyət daşıyır. Qəbul zamanı səsləndirilən bütün təklif və müraciətlər qeydə alınaraq müvafiq qaydada araşdırılmaq üçün nəzarətə götürülüb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Sosial / Arasdirma
gundem / Sosial





