backend

Deputat Razi Nurullayevin adından yayılan saxta sitatla bağlı açıqlama

Sosial şəbəkələrdə Milli Məclisin deputatı Razi Nurullayevə aid edildiyi iddia olunan və üzərində sitat yerləşdirilmiş görüntü yayılıb. Məsələ ilə bağlı bildirilib ki, yayılan məzmun həqiqəti əks etdirmir və qeyd olunan fikirlərlə bağlı nə belə bir müsahibə, nə də hər hansı rəsmi açıqlama mövcuddur.

Açıqlamada vurğulanıb ki, şəxsin demədiyi sözləri onun adına yazmaq, saxta vizuallar hazırlamaq və ictimai rəyə yanlış məlumat ötürmək etik normalara zidd olmaqla yanaşı, qanunvericiliklə də hüquqi məsuliyyət yaradır.

Qeyd olunub ki, bəzi dairələr cəmiyyətin həssas mövzularından istifadə edərək manipulyasiya yaratmağa və insanların fikrini yanlış istiqamətə yönəltməyə çalışırlar.

Vətəndaşlara yalnız rəsmi mənbələrə istinad etmək, paylaşdıqları məlumatların doğruluğunu yoxlamaq və dezinformasiyanın yayılmasına vasitəçi olmamaq tövsiyə olunub.

Açıqlamada həmçinin bildirilib ki, ictimai müzakirələr yalan və saxtakarlıq üzərində deyil, faktlar və həqiqətlər əsasında aparılmalıdır.