Qaynarxett.az xəbər verir ki,qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb. Müraciətlər əsasən məşğulluq, yol infrastrukturu, sosial məsələlər və digər istiqamətləri əhatə edib.
Deputat hər bir müraciətə diqqətlə yanaşaraq qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumlarla əlaqələrin qurulacağını və məsələlərin nəzarətdə saxlanılacağını bildirib.
Görüş zamanı seçicilərlə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların inkişafı və yerli əhəmiyyətli problemlərin həlli istiqamətində görülən işlər barədə də fikir mübadiləsi aparılıb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.





