backend

Razi Nurullayev Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemannın vida mərasimində iştirak edib

Milli Məclisin deputatı Razi Nurullayev Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tərəfindən iqamətgahda təşkil olunan vida mərasimində iştirak edib.

Deputat bildirib ki, Ralf Horlemann ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə yalnız diplomatik missiyasını yerinə yetirməklə kifayətlənməyib, eyni zamanda Azərbaycan cəmiyyətinə səmimi şəkildə inteqrasiya etməyi bacarıb. Onun açıq ünsiyyəti, sadəliyi və insanlara yaxın münasibəti Azərbaycan ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

Razi Nurullayev qeyd edib ki, səfirin fəaliyyəti dövründə Azərbaycan-Almaniya münasibətlərinin inkişafına mühüm töhfələr verilib. O, Azərbaycan xalqı ilə səmimi münasibətlər quraraq ölkəmizdə xoş iz buraxıb.

Deputat Ralf Horlemannın təqaüdə çıxması münasibətilə ona gələcək həyatında uğurlar və xoş günlər arzulayıb, qazandığı dostluq və səmimi münasibətlərin hər zaman onun üçün dəyərli olacağına inandığını bildirib.