Milli Məclisin deputatı Sahib Alıyev Ağdaş rayonunda keçirilən “Son zəng” tədbirlərində iştirak edərək məzunlarla görüşüb.
Qaynarxett.az xəbər verir ki, deputat Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli humanitar fənlər təmayüllü gimnaziyada, Ağdaş şəhər M.İsayev adına tam orta məktəbdə və Mürsəl kənd tam orta məktəbində təşkil olunan tədbirlərdə çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Sahib Alıyev bildirib ki, məktəb zəngi daşıdığı mənəvi yük və çağırış baxımından cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, məktəbdə ildə yalnız iki dəfə səslənən “İlk zəng” və “Son zəng” hər biri insan həyatında yeni mərhələnin başlanğıcını simvolizə edir.
“Əslində, bugünkü zəng son deyil, ikinci ‘İlk zəng’dir. Əgər birinci ‘İlk zəng’ elmlə və həyatla tanışlığa çağırışdırsa, ikinci ‘İlk zəng’ elmin daha dərinliklərinə varmağa, həyatda öz yerini tutmağa və özünü təsdiqləməyə çağırışdır”, – deyə deputat vurğulayıb.
Məzunlarla səmimi söhbət edən Sahib Alıyev onların sevincinə şərik olub, gələcəkdə ölkənin müxtəlif sahələrində böyük uğurlar qazanacaqlarına inandığını bildirib. O, qarşısında çıxış etdiyi və uğurlar arzuladığı gənclərin gələcəkdə Azərbaycanın inkişafına töhfə verən nüfuzlu şəxslər sırasında yer alacaqlarına ümid etdiyini qeyd edib.
Deputat çıxışının sonunda bütün məzunlara açıq yol, uğurlu təhsil və peşə həyatı arzulayaraq, onların ölkəmizin gələcəyinin formalaşmasında mühüm rol oynayacaqlarını bildirib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
maraqli / Sosial
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət







